• $
  • €
  • ₽
  • ₺
  • £

Sergey Lavrov: “Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”

Sergey Lavrov: “Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”
04.12.2020 21:42
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya ilə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə fərqli yanaşmalarının olduğunu, ancaq nəticədə ortaq məxrəcə gəlməyi bacardıqlarını açıqlayıb.

Bu barədə "İnterfax” məlumat yayıb.

O xatırladıb ki, konfliktin başlanğıcında Ankarada bu münaqişənin hərb yolu ilə həllinin ola biləcəyini bildirildiyi vaxt Rusiya tərəfi Türkiyənin fəaliyyətləri ilə razılaşmayıb.

"Ancaq indi Prezident Putin və onun həmkarları – Azərbaycan və Ermənistan liderlərinin səyləri nəticəsində razılıq əldə olunub”, - deyə S.Lavrov bildirib.

O vurğulayıb ki, həm Rusiya, həm də Türkiyə Dağlıq Qarabağ ətrafındakı vəziyyətdə olduğu kimi ortaq məxrəcə gəlmək üçün təmas nöqtələri və yollar tapırlar.

"Əminəm ki, Rusiya və Türkiyənin münasibəti iki müstəqil ölkənin hədəflərini reallaşdırmaq üçün çalışdıqlarına, heç kimə boyun əymədiklərinə, ultimatum qəbul etmədiklərinə və kənardan təzyiqlərə tabe olmadıqlarına nümunədir. Türkiyənin NATO üzvü olması iki ölkənin münasibətləri üçün əngəl deyil”, - deyə S.Lavrov bildirib.

Lavrov əlavə edib ki, Rusiya və Türkiyənin Liviyadakı vəziyyətə yanaşması da fərqlənir, lakin iki ölkənin münaqişə tərəflərinə təsiri müsbət nəticələrin əldə olunmasına şərait yaradır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol