• $
  • €
  • ₽
  • ₺
  • £

“Minaya düşdük, dostum “sağsan?” deyə qışqırdı, sonra getdim ki, şəhid olub”

“Minaya düşdük, dostum “sağsan?” deyə qışqırdı, sonra getdim ki, şəhid olub”
05.12.2020 11:22

"Qorxmurduq, bizim üçün qorxu deyilən şey yox idi. Mən qorxu hissini yaşamadım. Nə dost-tanışımızın, nə də özümüzün ölümü bizi qorxutmurdu. Düşmən bizim üçün adi şey idi”.


Trend-in məlumatına görə, bunu Qarabağ qazisi Namiq Qasımzadə deyib.


Füzuli istiqamətində gedən döyüşlərdə eyni anda iki dəfə minaya düşən N.Qasımzadə bildirib ki, minaya düşən zaman yanında olduğu bir hərbçi yoldaşı şəhid olub, digəri isə yaralanıb:


"Kimsə dedi ki, minaya düşdük. Elə həmin an da ikinci minaya düşdük. O an maşının biz oturduğumuz hissədə dəmir açıldı və biz havaya atıldıq. Hərbçi yoldaşım Vüsalın "sağsan?” deyə qışqırıb məni çağırdığını eşidirdim.


Sonra o, səs çıxarmadı, amma əlinə düşəni mənim üstümə atmağa başladı. Bir-birimizin üstünə nə isə atırdıq, amma sonra gördüm ki, o, artıq mənə atmır. Sürünə-sürünə getdim və gördüm ki, o, şəhid olub".


N.Qasımzadə bildirib ki, 15-16 saat digər yoldaşı ilə yaralı vəziyyətdə qalsa da, sonradan hərbçi yoldaşları gəlib onları tapıblar.


Minaya düşdüyü zaman bir gözünü itirən və ayağından yaralanan N.Qasımzadə sağlamlığı bərpa olunan kimi yenidən hərbçi yoldaşlarının sıralarına qatılmaq istəyir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol