• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni: “Azərbaycana köçmək üçün 20 il gecikmişəm”

Erməni: “Azərbaycana köçmək üçün 20 il gecikmişəm”
14.06.2014 19:27
“Mən Azərbaycana köçmək üçün 20 il gecikmişəm”.
Publika.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Azərbaycandan siyasi sığınacaq almaq  istəyən Ermənistanın Tavuş vilayəti başçısının sabiq məsləhətçisi Lübix Çibuxçyan deyib. O, hakim Respublika Partiyasından istefa bəyanatını partiyanın Tavuş vilayət təşkilatının rəhbəri Samuel Arakelyana təqdim edib.
Çibuxçyan bəyanatında bildirib ki, Respublika Partiyasının Ermənistanda yaradılması ideyasının irəli sürən ilk təşəbbüskarlardan biri o olub: “1987-ci ildən bu günə kimi Milli Təhlükəsizlik Xidməti məni ona görə izləyir ki, guya mən bu ölkənin dağılması istiqamətində fəaliyyətlə məşğul oluram. Məni həbsxanaya sən saldırdın. 1990-ci ildə mer olaraq sən məni qəbul etmədin və Aşot Navasardyanla məni hədələdin ki, binanı tərk etməsək polis çağıracam. Mənə “Paykar” qəzetinin yaradılması ilə əlaqədar bir neçə dəfə sui-qəsd də edilmişdi. Sonra 10 il həbsxanada qaldım. İndi sən öz şoumenlik istedadın sayəsində partiyanın vilayət təşkilatının rəhbərisən.
 
Sən və köməkçilərin Serj Sərkisyanın böyük miqdarda səs toplaması üçün camaata rüşvət paylayırdınız. Yaxın günlərdə sənin təşkil etdiyin sui-qəsd nəticəsində mən işimi, evimi, şərəfimi və bütün imkanlarımı itirdim və Azərbaycandan siyasi sığınacaq  almaq üçün xahiş etdim. Öz mənəvi simama görə mən sizdən fərqli olaraq dələduz və şərəfsiz ola bilmirəm. Sizin davranışlarınıza beynəlxalq instansiyada baxmaq lazımdır. Mən əsasını qoyduğum partiyadan öz ərizəmlə çıxdığımı bəyan edirəm”.
L. Çibuxçyan qeyd edib ki, onun 20 illik iş stajına 25 min dram hesablayırlar.
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol