• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyev ciddi tapşırıqlar verdi

Ramiz Mehdiyev ciddi tapşırıqlar verdi
12.06.2014 17:25
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ötən gün baş verən təbii fəlakətlə bağlı ciddi tapşırıqlar verib.
Bu barədə AzVision.az-a açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev məlumat verib.
Leysan və dolu yağışlarının Daşkəsən rayonuna ciddi ziyan vurduğunu deyən Ə.Abıyev təbii fəlakətlə bağlı Fövqəladə Hallar Nazirliyində və Prezident Administrasiyasınnda görüşlər keçirəcəyini deyib.
“Mən hadisə ilə bağlı Prezident Administrasiyasının rəhbərinin müavini Zeynal Nağdəliyevə məlumat vermişəm. O da bununla bağlı rəhbərliyi məlumatlandırıb. Qısa müddətdə hər şey bərpa olunacaq. Ziyanın ödənilməsi üçün Fövqəladə Hallar Nazirliyi, Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi və eləcə də Maliyyə Nazirliyinə ciddi tapşırıqlar verilib. Hadisə barədə Ramiz Mehdiyevə də məlumat verilib, o da müvafiq tapşırıqlarını verib”-deyə icra başçısı qeyd edib.
Ə.Abıyevin sözlərinə görə, bölgələrdə baş verən təbii fəlakət birbaşa Fövqəladə Hallar Nazirliyi, şəxsən nazir Kəmaləddin Heydərovun nəzarətindədir. 
“Bu məsələ Prezident Administrasiyasının da diqqətindədir. Hazırda özüm də Bakıdayam. Dolu yağışı ilə bağlı görüntüləri gətirib Fövqəladə Hallar Nazirliyinə və baş nazirin müavini Abid Şərifova təqdim etmişəm. Zeynəl Nağdəliyevlə də danışmış ki, dəyən ziyan bərpa olunsun. Hazırda nə qədər maddi ziyan dəydiyi barədə dəqiq məlumat yoxdur. Amma komissiya yaradılıb və komissiya bu işlə ciddi məşğuldur”.
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol