Sabahın havası açıqlandı

Azərbaycanda yanvarın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 6-8, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 60-70 faiz olacaq.
Tibbi-meteoroloji proqnoz
www.anews.az
Son xəbərlər 
Daha çox 























