• $
  • €
  • ₽
  • ₺
  • £

Moskva Naxçıvanda vurulan helikopterlə bağlı Bakıya müraciət etdi

Moskva Naxçıvanda vurulan helikopterlə bağlı Bakıya müraciət etdi
05.01.2021 12:30
Rusiyanın hərbi müstəntiqləri noyabrın 9-u axşam Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində vurulan helikoperlə bağlı Azərbaycandan hüquqi yardım istəyiblər.


Rusiyanın "İnterfaks” agentliyi xəbər verir ki, onlar Mi-24 helikopterinin vurulması ilə bağlı Bakıdan şəbhəli şəxslərlə bağlı əlavə məlumat almağa çalışırlar.


"Araşdırma zamanı bir sıra istintaq hərəkətlərinə, o cümlədən, bəzi şübhəlilərin müəyyənləşdirilməsinə, hadisənin baş vermə səbəblərini aydınlaşdırmağa ehtiyac yaranıb. Bununla bağlı, Azərbaycan tərəfinə beynəlxalq hüquqi yardım göstərməsi ilə bağlı müraciət edilib”- deyə agentlik məlumat verib.
 
Şübhəli şəxslərin qanunvericiliyə əsasən, Rusiyaya verilməsi mümkün olmadığı üçün toplanmış sənədlər Bakıya göndəriləcək.


"Söhbət Rusiyaya təhvil verilməyəcək xarici vətəndaşlardan getdiyi üçün onları məsuliyyətə cəlb edəcək istintaq materialları Bakıya göndəriləcək”-deyə agentlik qeyd edir.


Xatırladaq ki, Rusiya 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən insidentlə bağlı "2 və daha artıq şəxsin qəsdən öldürülməsi” maddəsi ilə iş açıb.


Noyabrın 9-da saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması nəticəsində 2 hərbi qulluqçu həlak olub, 1 nəfər isə yaralanıb.


Həmin faktla bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və istintaqın aparılması Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna həvalə edilib.


Azərbaycanın Baş Prokuroru Kamran Əliyev Rusiyanın Baş Prokuroru İqor Krasnova zəng edərək, hadisə nəticəsində həlak olanlarla bağlı başsağlığı verib. Eyni zamanda, başlanmış cinayət işi üzrə həyata keçirilən ilkin istintaq hərəkətləri barədə həmkarını məlumatlandırmaqla, onu tam, obyektiv və hərtərəfli istintaq aparılacağına əmin edib.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol