• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Türkiyənin koronavirus peyvəndi alacağı daha bir ölkənin adını açıqladı

Ərdoğan Türkiyənin koronavirus peyvəndi alacağı daha bir ölkənin adını açıqladı
08.01.2021 21:49
"TürkSAT 5A” ilə şərq orbitindəki kosmik haqlarımızı 30 il müddətinə zəmanət altına alırıq. Peykin dizaynında, istehsalında və istifadəyə verilməsində əməyi olan hər kəsi təbrik edirəm.

Türkiyənin 1994-cü ildə başlayan kosmosa peyk göndərilmə müddətinə bu il ərzində göndəriləcək "TürkSAT 5B” ilə yeni mərhələyə keçməyi planlaşdırırıq. "IMC” adlı nəzarət peykimizi də kosmosa göndərəcəyik. Ölkəmizdə mikro peyk təsisi quraşdırılır”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən "Peyk texnologiyaları həftəsi”ndə deyib.

Texnologiya sahəsində inkişafın, eyni zamanda, cəmiyyətlərin və dövlətlərin işində köklü dəyişikliklərə səbəb olduğunu, elmi-fantastik filmlərdəki bir çox texnoloji alətlərin artıq gündəlik həyatın bir hissəsi halına gəldiyini deyən Türkiyə Prezidenti əvvəllər kosmos yerdən izlənirdisə, indi dünyanın kosmosdan izləndiyini bildirib.

Tədbirdən əvvəl jurnalistlərin suallarını cavablandıran Rəcəb Tayyib Ərdoğan COVID-19 peyvəndi üçün Türkiyənin üç mənbəyinin olduğunu bildirib:

"Bunlar Çin, Almaniya və yerli istehsal peyvəndlərdir. Hazırda Çindən ilk partiya olaraq üç milyon doza peyvənd gətirilib. Bu rəqəm 50 milyona qədər çatacaq. Bir o qədər doza peyvənd Almaniyadan gətiriləcək”.

Hazırda Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən peyvəndlərlə bağlı müəyyən bir cədvəl çərçivəsində işlərin aparıldığını deyən prezident burada əsas məsələnin əhalinin sağlamlığı olduğunu vurğulayıb.
Bildirib ki, Türkiyə səhiyyə baxımından hər bir imkana malikdir, lakin buna baxmayaraq, həkimlər arasında da virusa yoluxma səbəbindən dünyasını dəyişənlər var

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol