• $
  • €
  • ₽
  • ₺
  • £

Nikol Paşinyan: "Qarabağın statusu məsələsi hələ müəyyənləşdirilməlidir, İrəvan danışıqlara hazırdır"

Nikol Paşinyan: "Qarabağın statusu məsələsi hələ müəyyənləşdirilməlidir, İrəvan danışıqlara hazırdır"
11.01.2021 20:08
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün Moskvada keçirilən üçtərəfli görüş başa çatıb.

Anews.az TASS agentliyinə istinadən xəbər verir ki, tərəflər arasındakı görüş 4 saata yaxın davam edib.
Rusiya, Azərbaycan və ​Ermənistan liderləri birgə bəyanatla çıxış edirlər.
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Dağlıq Qarabağın statusu həll olunmamış bir problem olaraq qalır: "Təəssüf ki, bu münaqişə həll olunmamış qalır. Əlbətdə ki, atəşkəs əldə etməyi bacardıq, amma hələlik həll edilməsi lazım olan bir çox məsələ var. Bu məsələlərdən biri də Dağlıq Qarabağın statusudur".


Paşinyan Ermənistanın ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları davam etdirməyə, xüsusən də bölgənin statusunun müəyyənləşdirilməsi məsələsinə hazır olduğunu qeyd edib.


Baş nazir, eyni zamanda, Ermənistanla Azərbaycan arasında hərbi əsirlərin mübadiləsi məsələsinin tam həll olunmadığını bildirib: "Hərbi əsirlər məsələsini tam həll edə bilmədik. Bu, çox həssas bir məsələdir və ən qısa zamanda həll etməliyik".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol