• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan bizim Elçibəydən istifadə etdi...”

“Azərbaycan bizim Elçibəydən istifadə etdi...”
14.01.2021 12:06
Ermənistanda müxalifətin baş nazir postuna vahid namizədi (aralıq fiqur kimi),  bədnam "Qarabağ” komitəsinin qurucularından biri Vazgen Manukyan baş nazir Nikol Paşinyanı Azərbaycanın keçmiş prezidenti və AXC lideri Əbülfəz Elçibəylə müqayisə edib. Virtualaz.org xəbər verir ki, RBK agentliyinə müsahibəsində Manukyan Paşinyanın Qarabağda döyüşlər gedərkən cəbhədə nə baş verdiyini yaxşı dərk edə bilmədiyini, ona görə də müharibəni vaxtında dayandırmadığını və beləliklə də əsas mövqeləri saxlamaq şansını əldən verdiyini deyib.

"Rəngli inqilablar dalğasında hakimiyyətdə əsasən bacarıqsız, səriştəsiz adamlar gəlir və onlar hökumətə rəhbərlik etməyə hazır olmurlar. Baş nazir Nikol Paşinyan cəmiyyəti keçmişdəkilərə və indikilərə böldü, cəmiyyəti parçaladı”,-o deyib.

Vazgen Manukyan bildirib ki, birinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycanda analoji vəziyyətin hökm sürməsindən istifadə edib.


"1992-1994-cü illərdə bizə Azərbaycana Əbülfəz Elçibəyin rəhbərlik etməsi çox kömək elədi. O zaman hələ” rəngli inqilab” termini mövcud deyildi, amma həmin adam məhz belə baxışlara malik  idi. İndi isə Azərbaycan bizdə öz Elçibəyimizin olmasından istifadə etdi”,-keçmiş baş nazir və müdafiə naziri belə deyib.

Manukyan inanır ki, əgər hakimiyyətdə Serj Sərkisyan olsa idi müharibə sadəcə olaraq başlamazdı. Paşinyan isə Qarabağa dair danışıqlar prosesini pozdu.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol