• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşdü

Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşdü
18.01.2021 20:40
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın iştirak etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Anews az-a bildirilib ki, Ceyhun Bayramov nümayəndə heyətini salamlayaraq, ölkəmizə edilən növbəti səfəri, xüsusilə də bu çərçivədə işğaldan azad olunmuş ərazilərə səfərin edilməsini yüksək qiymətləndirib. On illiklərlə işğal altında saxlanılan ərazilərimizdə düşmən tərəfindən törədilən barbarlıq əməlləri ilə əyani şəkildə tanış olmaq, buradakı mövcud vəziyyətin, o cümlədən tarixi mədəniyyət abidələrinin durumunun dəyərləndirilməsi baxımından bu səfərin əhəmiyyəti vurğulanıb. Türk əməkdaşlıq təşkilatlarının Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi birmənalı dəstək məmnunluqla qeyd olunub.

Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa etdiyi və BMT TŞ qətnamələrinin icrasının təmin olunduğu, 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması ilə bölgədə yeni reallığın meydana gəldiyi, eləcə də Azərbaycanın imzalanmış bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşdığı qarşı tərəfin diqqətinə çatdırılıb.

Ermənistan tərəfinin isə 10 noyabr birgə bəyanatına zidd olan əməllərinə diqqət yönəldilərək, bu xüsusda Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərlərin həyata keçirilməsi, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində erməni terrorçu-diversiya qrupunun üzvləri tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktlarının törədilməsi qeyd olunub.
 
Saxlanılan diversiya qrupunun 62 üzvünün atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmədiyi və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı qarşı tərəfin diqqətinə çatdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə hazırda Azərbaycan tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işlərindən bəhs edən nazir bu layihələrin bölgənin gələcək rifahına xidmət etdiyini vurğulayıb.
Baş katib Bağdad Amreyev Azərbaycana edilən səfər çərçivəsində işğalda azad edilmiş torpaqlara baş çəkdiklərini və oradakı vəziyyətlə tanış olduqlarını qeyd edərək, bu ərazilərin bərpasına türk əməkdaşlıq təşkilatlarının cəlb olunması marağını ifadə etdi.
 
Azərbaycanın haqq mövqeyinə bir daha dəstəyini bildirən Baş katib Azərbaycanın qələbəsinin bütün türk dünyasını birləşdirən qələbə olduğunu qeyd edib.

Türk Şurası, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirakı, o cümlədən Şuşa şəhəri ilə bağlı gələcək planları ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı, həmçinin Tük Şurası çərçivəsində gələcək əməkdaşlıq perspektivləri, qarşıdan gələn görüşlər ətrafında müzakirələr edilib

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol