• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
29.01.2021 21:52
"Cənubi Qafqaz ölkələri arasında faydalı üçtərəfli əməkdaşlıq üçün maraqlı istiqamətlər var”.

Anews.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Gürcüstanın "Sərhədyanı zona” təşkilatının "Cənubi Qafqaz: yeni çağırışlar və yeni imkanlar” mövzusunda keçirdiyi onlayn konfransda deyib.

Onun sözlərinə görə, Aİ bu cür əməkdaşlığın təşviqinə yönələn addımları dəstəkləməyə hazırdır: "Əməkdaşlıq imkanları olsa da, onların reallaşdırılması zaman, hər üç ölkə rəhbərliyinin müdriklik və təmkinliyini tələb edir. Avropa İttifaqı atəşkəsin əldə olunması sazişindən Cənubi Qafqazda yeni sülh perspektivlərinə keçmək üçün bütün tərəfdaşları ilə iş aparmağa hazırdır”.

Xüsusi nümayəndə deyib ki, bölgədə müharibə ritorikasından sülh ritorikasına keçmək lazımdır: "Bu, vaxt tələb edəcək, lakin Avropa İttifaqı yaranmış çətin vəziyyətdə bütün imkanlardan istifadə olunması üçün Cənubi Qafqazdakı tərəfdaşlarının yanındadır”.

T.Klaar Aİ-nin müharibədən sonra həm Azərbaycan, həm də Ermənistana humanitar yardım göstərdiyini qeyd edib: "Daha çox kömək etməyə hazırıq. Bakı və Yerevandakı nümayəndələrimiz ittifaqın daha nə ilə və necə kömək edə bilməsi ilə bağlı hər iki ölkənin rəhbərliyi ilə danışıqlar aparırlar. Mən gələcək fəaliyyətimizi müzakirə etmək üçün yaxın zamanlarda Bakı və Yerevana səfər edəcəyəm”

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol