Cəmil Çiçək də Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək iyunun 11-də Azərbaycana gələcək.Türkdilli ölkələrin Parlament Assambleyasından APA-ya verilən məlumata görə, C. Çiçək qurumun Bakıda keçiriləcək V plenar sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq. Plenar sessiya iyunun 12-13-də keçiriləcək. Toplantıda TürkPA-nın illik fəaliyyəti təhlil ediləcək. Təşkilat katibliyinin ötən ilin büdcəsinin icrasına dair hesabatları dinləniləcək, təşkilati məsələlərə, o cümlədən TürkPA katibliyinin 2015-ci il üçün büdcə layihəsinə baxılacaq, təşkilatın VI plenar sessiyasının vaxtı və yeri müəyyən olunacaq. V plenar sessiyanın yekunları üzrə Bakı Bəyannaməsi qəbul ediləcək. Sessiyaya MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti də qatılacaq. Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) sədrlik Türkiyədən Azərbaycana keçəcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















