• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Birol Akgünlə görüşdü

Ceyhun Bayramov Birol Akgünlə görüşdü
04.02.2021 16:25
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgün ilə görüşüb.

Anews.az xəbər verir ki, görüş zamanı Ceyhun  Bayramov Azərbaycan ilə Türkiyə arasında mövcud olan  zəngin, geniş və sıx dostluq münasibətlərini məmnunluqla qeyd edib.

Nazir ölkəmizin müstəqilliyinin ilk günlərindən üzləşdiyi ən böyük və ağrılı problemi olan keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək, qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyini hər zaman dəstəklədiyini, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin bütün səviyyələrdə, o cümlədən Türkiyə xalqı tərəfindən nümayiş etdirilən həmrəylik və mənəvi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin sözdə deyil, əməldə "bir millət iki dövlət” olduğunun növbəti dəfə bariz şəkildə nümayiş olunduğunu söyləyib. Azərbaycanın dövlət başçısı tərəfindən qeyd edildiyi kimi, tərəflər arasındakı bu sıx münasibətlərin  arxasında məhz doğru siyasətin dayandığı vurğulanıb.

Birol Akgün nəzakət qəbuluna görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirib. O, ölkəmizin ərazilərinin Ermənistanın işğalından azad edilməsinin bütün Türkiyə xalqını həyəcanlandırdığını qeyd edərək, qələbə xəbərinin yüksək sevinclə qarşılandığını qeyd etdi və ölkənin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib. B.Akgün iki ölkə liderləri arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini bildirib. O, müharibədən sonrakı quruculuq və inkişaf dövrünə istinad edərək, bu xüsusda təhsil sahəsinin önəmini qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə təhsil sahəsinin gələcəkdə inkişaf etdirilməsi məsələsində ölkəmizə müvafiq yardımın göstərilməsinə hazır olduqlarını bildirib.

Tərəflər iki ölkə arasında bütün istiqamətlər üzrə  mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol