• $
  • €
  • ₽
  • ₺
  • £

“ABŞ PKK-nın arxasındadır” - Ərdoğan

“ABŞ PKK-nın arxasındadır” - Ərdoğan
15.02.2021 21:45
"ABŞ-ın bir açıqlaması var. Bəs siz terrorçuların tərəfində deyildiniz, bəs PKK-nın, YPG-nin, PYD-nin yanında yer almırdınız?! Yanındasınız və arxasındasınız. Təəssüf ki, bunu ən əvvəldən görürük”.
 
Anews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə Əyalət Konqresində çıxışı zamanı deyib.
 
Dövlət başçısının sözlərinə görə, Şimali İraqa minlərlə yük maşını tank, minlərlə maşın silah-sursat gətirilib və terrorçulara verilib:
 "Bu terrorçularla bizim təhlükəsizlik qüvvələrimiz də orada mübarizə aparıb. Əgər biz sizinlə NATO-da bərabəriksə, əgər sizinlə dünyada, NATO-da bu bərabərliyi davam etdirəcəyiksə, bizə qarşı səmimi olmalısınız.
Terrorçuların yanında yer almayacaqsınız. Türkiyə Silahlı Qüvvələrinin dünyanın ən çətin coğrafiyalarından birində həyata keçirdiyi əməliyyatda şəhidlərimizin qanı yerdə qalmayıb, 51-i ölü olmaqla, 53 terrorçu zərərsizləşdirilib”.
 
Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyi İraqın Qara bölgəsində 13 Türkiyə vətəndaşının qətlə yetirilməsi ilə bağlı Türkiyəyə başsağlığı vermişdi. Başsağlığı mətnində yer alan "əgər türkiyəli mülki şəxslərin qətlinin PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi xəbərləri öz təsdiqini taparsa, bunu ən sərt şəkildə pisləyəcəyik” ifadələri isə reaksiya doğurmuşdu. Buna görə də ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild Xarici İşlər Nazirliyinə çağırılmışdı.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol