• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənistan mina xəritələrini verməkdən imtina edir” - Nazir

"Ermənistan mina xəritələrini verməkdən imtina edir” - Nazir
11.03.2021 18:20
Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Polşa xarici işlər naziri Zbiqnyev Rau ilə telefon söhbəti baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Anews.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlər barədə polşalı həmkarına məlumat verib.

Nazir Ceyhun Bayramov işğaldan azad olunan ərazilərdə çoxsaylı minaların olmasına və beləliklə də gündəlik əsasda insanların həyatına birbaşa təhdid təşkil etdiyinə diqqəti cəlb edərək, Ermənistan tərəfinin bu günədək mina xəritələrini Azərbaycana verməkdən imtina etdiyini vurğulayıb.

Polşa naziri Zbiqnyev Rau öz tərəfindən üçtərəfli bəyanatların icra edilməsi, ölkələr arasında münasibətlərin normalaşması və bu xüsusda, beynəlxalq qurumların rolunun əhəmiyyətini qeyd edib.
 
Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən siyasi dialoqun uğurla davam etdirilməsi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, habelə parlament xətti də daxil olmaqla, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol