• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “Bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik”

Prezident: “Bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik”
12.04.2021 17:42
2003-cü ildə hakimiyyətə gələrək, prezident vəzifəsinə başlayaraq, söz vermişdim ki, ərazi bütövlüyümüzü qoruyacam, bu sözə əməl etdim. Azərbaycanın ərazi bütövlüyü 17 il ərzində qorundu. Düşmənin bütün cəhdlərinə baxmayaraq, hər hansı bir güzəşt edilmədi.

Anews.az xəbər verir ki, bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib.

"Halbuki təzyiqlər, təhdidlər olmuşdu, mənə qarşı çevriliş cəhdləri olmuşdu. 2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdi. Alınmadı, xalq dəstəkləmədi. 2005-ci ildə Azərbaycanda narıncı inqilab təşkil etmək istəmişdilər. Artıq narıncı bantları başlarına bağlamışdılar, narıncı çadırlar gətirilmişdi. Nə idi məqsəd? Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək idi.

Mən bunu qoymurdum, ona görə bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik. O vaxt da narıncı inqilab dəbi var idi. Orada-burada inqilablar baş verirdi. Bu inqilabların axırı nə oldu? İndi hər kəs bunu görür. Ölkələr bərbad vəziyyətdədir, böhrandan çıxa bilmirlər. 17 ildir orada böhran hökm sürür. O ölkələrin böhrandan çıxma ehtimalı çox aşağıdır. Yenə də xalq arxamda durdu, yenə də xalq müstəqil siyasəti dəstəklədi. Bütün cəhdlərə, təzyiqlərə baxmayaraq, Qarabağ məsələsində bir faiz güzəştə getmədim”, deyə, Prezident vurğulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol