• $
  • €
  • ₽
  • ₺
  • £

Eldar Quliyev Hüseynbala Mirələmov haqda: “Deyəcək ki, “mən elə bir şey etməmişəm”

Eldar Quliyev Hüseynbala Mirələmov haqda: “Deyəcək ki, “mən elə bir şey etməmişəm”
22.04.2021 16:52
Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovla bağlı internetdə yayılan qeyri-etik video barədə müzakirələr bitmir.

Sosial şəbəkələrdəki müzakirələrdə 76 yaşlı sabiq deputatın ağsaqqal adına yaraşmayan əməli - xanım köməkçisinə qarşı qeyri-əxlaqi hərəkəti qınanılır.
Hüseynbala Mirələmovu qınayanlar eyni zamanda, Azərbaycan Ağsaqqallar Şurasından da hadisəyə susqun qalmaqda narazılıq edirlər.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Modern.az-a açıqlamasında məsələyə sərt münasibət bildirib.

Eldar Quliyev deyib ki, belə bir hadisə həqiqətən baş veribsə, Hüseynbala Mirələmovun yerinə xəcalət çəkirəm:

"Sosial şəbəkədə görüntüləri gördüm, amma nə qədər düzgün və ya yanlış olduğunu deyə bilmərəm. Bunu araşdırmaq, daha sonra bu barədə fikir irəli sürmək lazımdır.

Bilirsiniz ki, bu dövrdə texnikanın inkişafı ilə çox hadisələr etmək olar. Videonu görəndə hansısa montaj olduğunu hiss etmədim. Yenə də araşdırmaq mütləqdir. Hüseynbala müəllimlə işlədiyimiz müddətdə mən onun heç zaman belə bir hadisələr etməsilə qarşılaşmamışam. Özü də ziyalı, alim adamdır. Əgər belə bir hadisə həqiqətən baş veribsə, mən onun yerinə utanıb xəcalət çəkirəm. Çünki belə bir yaşda bu cür hərəkət etməsi düzgün olmaz.

Hadisənin düzgünlüyü təsdiqlənsə, bu barədə Ağsaqqallar Şurası tərəfindən də ciddi tədbirlər görüləcək. Texnika o qədər inkişaf edib ki, insan nəyin doğru, nəyin yanlış olduğunu da bilmir.

Hüseynbala Mirələmovla əlaqə saxlamamışam. Yəqin ki, bu hadisə həqiqət olsa da, deyəcək ki, "mən elə bir şey etməmişəm”. Gözləyək, araşdırılsın, həqiqət sübuta çıxarılsın, daha sonra nəticəyə uyğun tədbir görülər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol