• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədov: “Müraciət etmirlərsə, necə əfv etmək olar?”

Oqtay Əsədov: “Müraciət etmirlərsə, necə əfv etmək olar?”
30.05.2014 13:17
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bir sıra şəxslərin azadlığa buraxılması ilə bağlı təkliflərə münasibət bildirib.

APA-nın verdiyi məlumata görə, Ə.Hüseynli cəmiyyəti nə üçün İsmayıllıda iğtişaşlar törədilməsi, NİDA üzvlərinin qeyri-qanuni hərəkətlərə yol verməsi narahat edir.O qeyd edib ki, bu hadisələrin bir çoxu kənar müdaxilələr yolu ilə baş verib: “Bu məsələlər ancaq hüquqi çərçivədə müzakirə oluna bilər. Digər tərəfdən, Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasındadır, hər kəs bu sahədə hüquqlarından istifadə edə bilər. Həm də gənc insanlarla bağlı hallar yüngülləşdirici hal kimi nəzərə alınıb”.Spiker Oqtay Əsədov bildirib ki, məhkəmə prosesləri başa çatmamış həm beynəlxalq, həm də bir sıra yerli QHT-lər, o cümlədən bəzi millət vəkilləri mənfi aspektdə çıxış edir: “AŞPA sədri də birinci çıxışında Azərbaycana hücumla başladı. O xanım çıxışlarında, mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı danışıb, bununla bağlı “Azərbaycan” qəzeti istisna olmaqla, heç yerdə bir yazı görmədim. Ancaq çıxışındakı tənqidi məqamlar əksini tapıb”.Vitse-spiker Bahar Muradova bəzi şəxslərin adının siyahıda olmaması səbəbindən prezidentin əfv sərəncamının gözdən salınması kampaniyası aparıldığını söyləyib: “Biz Azərbaycanda yaşayırıq. 3-5 adamın əhval-ruhiyyəsini xalqın adına çıxmaq olmaz. Xalq bilir ki, ona nə lazımdır. Bir qisim adamın azadlığa buraxılmamasının Azərbaycanda barış siyasətinə zərbə vurduğunu söyləyənlər yanlış düşünürlər”.Vitse-spiker səhiyyə sahəsi ilə bağlı iradlara da toxunub: “Hələ icbari tibbi sığorta ilə bağlı mexanizm formalaşmayıb. Ancaq bu əsas vermir ki, bu problemlərə şəxsi kontekstdən yanaşaq, səhiyyə nazirinin üzərinə qoyaq. Bütün bunlar bizim problemlərimizdir, məşğul olmalıyıq. Ancaq “səhiyyə nazirindən yarımadıq” yönündə fikirlər ortaya qoymaq düzgün deyil. Fazil Mustafanın səhiyyə sahəsindəki problemlərdən danışıb sonra məsələni şəxsi müstəviyə yönəldəndə, məsələnin məzmunu dəyişir”.Spiker Oqtay Əsədov müraciət etməyən şəxslərin əfv edilməsinin mümkün olmadığını vurğulayıb: “Müraciət etmirlərsə, necə əfv etmək olar? Digər tərəfdən, ildə bir dəfə amnistiya keçirsək, cinayət necə cəzalandırılacaq?”ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol