• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın Finiks şəhərində “Azərbaycan Respublikası Günü” elan edilib

ABŞ-ın Finiks şəhərində “Azərbaycan Respublikası Günü” elan edilib
30.05.2014 10:50

 ABŞ-ın Arizona ştatının paytaxtı Finiks şəhərinin merinin imzaladığı bəyannamə ilə 28 may 2014-cü il tarixi Finiks şəhərində “Azərbaycan Respublikası Günü” elan edilib.

Bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. Bəyannamədə şəhər meri Qreq Stənton yüzlərlə azərbaycanlının Finiks şəhərində yaşadığını və bu şəhəri ziyarət etdiklərini bildirərək, onların şəhərin həyatına öz yaradıcılıq ruhu və gərgin əməyi ilə qiymətli töhfələr verdiklərini qeyd edib. O, Azərbaycan xalqı ilə Arizona əhalisi arasında münasibətlərin getdikcə gücləndiyini vurğulayaraq, bu münasibətlərin dostluğa, qarşılıqlı əməkdaşlığa və hörmətə əsaslandığını diqqətə çatdırıb. Mer bu səpkidə mədəniyyət və təhsil mübadilələrinin faydalı olduğunu bildirib. Bəyannamədə Azərbaycan xalqı ilə Finiks sakinləri arasındakı dostluğun bundan sonra da müsbət istiqamətdə inkişaf edəcəyi qeyd olunub. Sonda mer 28 may, 2014-cü il tarixini  Finiks şəhərində “Azərbaycan Respublikası Günü” elan edib və bütün şəhər sakinlərini bu günü və Azərbaycan ilə ABŞ arasındakı böyük dostluğu qeyd etməyə çağırıb. Xatırladaq ki, bu il Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun səlahiyyət dairəsinə daxil olan Kaliforniya ştatının Monterey və Havay ştatının Honolulu şəhərləri, eləcə də Nyu Meksiko ştatı 28 mayı “Azərbaycan Milli Günü” elan ediblər. Qeyd edək ki, 1,5 milyon insanın yaşadığı Finiks şəhəri Arizona ştatının ən böyük, ABŞ-ın isə 6-cı ən böyük şəhəridir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol