• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Konqres üzvlərindən Azərbaycanla bağlı bəyanat

ABŞ Konqres üzvlərindən Azərbaycanla bağlı bəyanat
30.05.2014 09:51
28 may 2014-cü ildə ABŞ Konqresinin üzvləri Bil Şuster, Paul Kuk, Mişel Qrişam, Virciniya Foks və Madelin Bordallo Azərbaycanın Respublika Gününün 96-cı ildönümü münasibətilə ABŞ Konqresində bəyanatlarla çıxış ediblər.Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun həmsədri olan Bil Şuster öz bəyanatında Azərbaycan və ABŞ arasındakı sıx münasibətləri xüsusi vurğulayıb.O, Azərbaycanın qlobal enerji bazarında artan əhəmiyyətini qeyd edərək, ölkəmizin Avropanı əlavə təbii qazla təmin edəcək Cənubi Qaz Dəhlizində aparıcı rol oynadığını bəyan edib. Eyni zamanda, Konqresmen Şuster bəyanatında Azərbaycan və ABŞ arasında təhlükəsizlik sahəsindəki uğurlu əməkdaşlığı, ölkədə müxtəlif din və etnik qrupların harmoniya halında yaşadığını deyib.Konqres üzvü Virciniya Foks öz bəyanatında Azərbaycanın ABŞ üçün dəyərli müttəfiq olduğunu və beynəlxalq terrorçuluğa qarşı müharibədə ABŞ-a qeyd-şərtsiz dəstək verən ilk ölkələrdən biri olduğunu vurğulayıb, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində mühüm oyunçulardan biri olduğunu qeyd edib.Öz növbəsində, Konqres üzvü Mişel Qrişam Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk demokratik və dünyəvi dövləti qurduğunu deyib və Azərbaycan xalqını Respublika Gününün 96-cı ildönümü münasibətilə təbrik edib. O, Azərbaycan-ABŞ münasibətlərinin hər iki xalq üçün əhəmiyyətli olduğunu vurğulayıb.Konqresmen Paul Kuk Azərbaycanın Respublika Günü münasibətilə verdiyi bəyanatında strateji regionda yerləşən Azərbaycanın ABŞ-ın etibarlı müttəfiqi olduğunu deyib. Eyni zamanda, Konqresmen Azərbaycanın İsraillə yaxın münasibətlərini xüsusi qeyd edib.Konqres üzvü Madelin Bordallo bəyanatında Respublika Günü münasibətilə təbriklərini ifadə edib və 1918-ci qurulmuş Azərbaycan Demokratik Respublikasının tarixi nailiyyətlərindən bəhs edib. O, Azərbaycan və ABŞ arasındakı yaxın tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edib.(aznews.az)ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol