• $
  • €
  • ₽
  • ₺
  • £

Arutyunyan qovulur: Xankəndidə istefa tələbi

Arutyunyan qovulur: Xankəndidə istefa tələbi
22.05.2021 10:30
Qondarma "artsax parlamentinin” üç fraksiyası Araik Arutyunyanın istefaya çağırıb və bununla bağlı bəyanat yayıblar.


Bəyanatı imzalayanlar öncə ötən ilin aprel-may aylarında keçirilmiş "prezident və parlament seçkilərini”nin nəticələrinin ədalətli olmasını şübhə altına aldıqlarını qeyd ediblər. "Seçkilərin təşkili, seçkiqabağı təşviqat və seçki nəticələri ilə bağlı siyasi qiymətləndirmələrimizi bir kənara qoyaraq, keçən ilin bir çox sınaqlarla və fəlakətli hadisələrlə yadda qaldığını vurğulamalıyıq” deyə, üç partiya təmsilçiləri Qarabağ müharibəsini yada salıblar. Qeyd ediblər ki, müharibə humanitar böhran yaradıb, minlərlə adam ölüb, "artsax ərazisinin” əksər hissəsini itirib, on minlərlə adam Qarabağı tərk edib. Bəyanat müəllifləri qeyd ediblər ki, müharibədə ağır məğlubiyyətdə Ermənistan və "artsax”ın faktiki liderləri məsuliyyət daşıyırlar və hələ noyabrın 10-da onların istefasını(Nikol Paşinyan və Araik Arutyunyan) tələb edən sənəd qəbul ediblər.


"Ötən ilin dekabr ayının 16-da Arutyunyan yaxınlaşan islahatlara işarə etdi, lakin sonrakı proseslər göstərdi ki, o, vəd etdiyi dəyişiklikləri yerinə yetirməkdə maraqlı deyil və yalnız Ermənistanın nüfuzdan düşmüş rəhbərliyinin göstərişlərini yerinə yetirir. Alçaldıcı üçtərəfli bəyanatın imzalanmasından keçən son altı ayda da bu fəlakətdən çıxmaq üçün hazırlanmış proqramı yoxdur. Əksinə, Arutyunyan və komandası anlaşılmaz bir təbliğat kampaniyasına başladılar- müharibədəki məğlubiyyətdə və uğursuzluqlarda bütün günahları keçmiş hakimiyyət orqanlarına, orduya, ehtiyatda olanlara və könüllülərin üzərinə atdılar” deyə, bəyanatda bildirilir.


Bəyanatı imzalayanlar Arutyunyanın istefası ilə bağlı 10 noyabr 2020-ci il tarixli tələblərini yenilədiklərini, onu vəziyyəti qiymətləndirərək dərhal istefa verməyə və "erkən seçkilərə” hazırlıq prosesinə başlamağı tələb ediblər.


Qeyd edək ki, Araik Arutyunyan bir müddət əvvəl "prezident" postundan getməklə yanaşı, ümumiyyətlə, siyasətdən gedəcəyini açıqlamışdı. O bildirmişdi ki, "erkən seçkilər" olacaq, amma bu seçkilərdə namizədliyini irəli sürməyəcək. "Məqsədəuyğun bir zaman çərçivəsində erkən seçkilər keçirəcək, amma mən o seçkilərdə iştirak etməyəcəyəm və siyasətdən gedəcəyəm",- deyə separatçı lider bildirmişdi.


Məlumat üçün bildirək ki, Araik Arutyunyan 14 dekabr 1973-cü ildə Xankəndi şəhərində anadan olub. 1992-ci ildə Dağlıq Qarabağda yaradılan qanunsuz silahlı birləşmələrin tərkibində Azərbaycan Ordusuna qarşı döyüşüb. 1995-97-ci illərdə separatçı rejimin "İqtisadiyyat və maliyyə nazirinin” köməkçisi olub. 1999-2004-cü illərdə "Armaqrobankın” Xankəndi filialının rəhbəri olub. 2005-ci ildə "Azad Vətən” adlı partiyanın sədri kimi separatçı rejimin "parlamentinə” seçilib. 2007-ci ildən 2017-ci ilə kimi separatçı rejimin "baş naziri” olub.


Araik Arutyunyan kasıb Qarabağda böyük sərvət sahibi olması ilə bağlı da tez-tez tənqidlərə məruz qalıb. Yerli sakinlər onu bizneslə siyasəti birləşdirərək sərvət toplamaqda, 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlişindən sonra dərhal düşərgəsini dəyişməkdə ittiham ediblər.


Qarabağ separatçılarının başçısı Araik Arutunyan haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi açılıb. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən şəxs olaraq müharibə cinayətləri törədib. A.Arutyunyanın istintaqa cəlb edilmələri barədə müvafiq qərar qəbul edilib. Onun həbs edilməsi üçün İnterpola məlumat verilib. /Musavat.com


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol