• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Məmmədov təcili Bakıya ÇAĞIRILDI

Ziya Məmmədov təcili Bakıya ÇAĞIRILDI
12.06.2021 13:41
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı Kanadanın "Bombardier Transportation” şirkətinin İsveçdəki törəmə şirkətinin keçmiş menecerinə qarşı başlanan cinayət işində keçəndən sonra onun Bakıya çağırıldığı haqda xəbərlər yayılıb. 

Bu haqda Musavat.com məlumat yayıb. Ziya Məmmədov vəzifədən çıxarılandan sonra Ucarda əkin-biçinlə məşğul olduğunu, mal-qara saxladığını, işçilərinin olduğunu açıqlamışdı. Belə aydın olmuşdu ki, sabiq nazirin günü Ucarda keçir. İsveçdə adı yenidən cinayət işində hallanmağa başlayandan sonra Ziya Məmmədovu Bakıya çağırıblar.
Xatırladaq ki, Z.Məmmədovun adı 100 milyonluq rüşvətdə hallanır. 2013-cü ildə Bakını Gürcüstan sərhədi ilə birləşdirən dəmiryolunun bir hissəsini siqnal avadanlığı ilə təchiz etmək üçün keçirilən tenderdə "Bombardier”in başçılıq etdiyi konsorsium qalib gəlib.
 
Şirkət meneceri Tomas Bimerə 2013-cü ildə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə bağlanmış müqavilə üzrə azərbaycanlı məmurlara "otkat” verdiyi barədə rəsmi ittiham irəli sürülüb. Tomas Bimer xüsusilə ağırlaşdırılmış hallarda rüşvətlə ələ almada ittiham olunur. Cinayət işi artıq yekunlaşıb və Tomas Bimer tezliklə məhkəmə qarşısında çıxarılacaq.  Prokurorlar bildirirlər ki, Azərbaycanda dəmir yollarına siqnalizasiya sistemlərinin quraşdırılmasını nəzərdə tutan 350 milyon dollarlıq müqavilədə "dəmir yollarının ən azından bir orta səviyyəli rəhbərinə” 100 milyon dollar rüşvət ödənilib.

Sayt  əməkdaşı Ziya Məmmədovun Bakıya çağırılmasının səbəbini öyrənmək, İsveçdəki 100 milyonluq "otkat” işinə rəyini almaq üçün onunla əlaqə saxlayıb. Sabiq nazirin telefonuna özünü adi işçi kimi təqdim edən şəxs cavab verib. O, Ziya Məmmədovun Bakıda olduğunu təsdiqləyib.

"Ziya Məmmədov hazırda istintaqdadırmı” sualına  "bilmirəm” cavabı verilib. "Ziya Məmmədov Bakıdadırsa, onun Ucardakı mal-qarasına kim baxır, yonca, taxıl, arpa sahələrini kim idarə edir” sualına da eyni cavab verilib


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol