• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Zəngəzurda çıxış edir

Paşinyan Zəngəzurda çıxış edir
15.06.2021 12:52
Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün Sünik vilayətində (Zəngəzur) özünün seçki kampaniyasına başlayıb. Bu bölgə Paşinyan üçün ona görə kritikdir ki, müharibədən sonra Azərbaycanın öz dövlət sərhədlərini bərpa etməsi və Zəngəzur dəhlizi kimi tanınan kommunikasiyaların açılmasına dair danışıqlar Ermənistan baş nazirinə seçki ərəfəsində ciddi təzyiqlər yaradıb. Müxalifət onu "Azərbaycan ordusunun Ermənistan ərazilərinin içərilərinə doğru irəliləməsinə” yumşaq reaksiya göstərməkdə ittiham edir, üstəlik Sünik sakinlərinin də Paşinyandan məmnun olduğunu demək olmaz.


Lakin xəbərlərə görə, Paşinyan inzibati resurslardan istifadə edərək özünün seçki mitinqlərinə adamları toplayır, habelə bölgəyə böyük sayda polis qüvvələri yeridib. Görünür Paşinyan Sünikə bundan əvvəlki səfərində başına gələnlərin təkrar olunmasını istəmir. Ötən dəfə Sünikə gələndə sakinlər onu söymüşdü və avtomobilinin qarşısını kəsərək daşa basmışdı.

Paşinyanın bölgəyə səfəri Sisyan şəhərindən başlayıb. Bu şəhərdə keçirilən seçki mitinqində Paşinyan bildirib ki, Azərbaycanla sərhəddə yaranmış situasiya Rusiya ilə birlikdə həllini tapmalıdır.

"Bizim təsəvvürümüz belədir: sərhəd nöqtələri boyu Rusiya sərhəd qoşunlarının nümayəndələri yerləşdirilir, onlar beynəlxalq müşahidəçilərin nəzarəti altında Sotk qəsəbəsi ilə Xoznavar kəndi arasından keçən sərhəd xəttini dəqiqləşdirirlər. Buna qədər isə Azərbaycan və Ermənistan qoşunları güzgü prinsipi ilə öz daimi dislokasiya yerlərinə qayıtmalıdır”,-Paşinyan bildirib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol