• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya MN Rusiyanı təkzib edib: Atəş açılmayıb

Britaniya MN Rusiyanı təkzib edib: Atəş açılmayıb
23.06.2021 16:50
Böyük Britaniya Müdafiə Nazirliyi Qara dənizdə baş verən insidentlə bağlı açıqlama ilə çıxış edib.


APA-nın məlumatına görə, açıqlamada bildirilir ki, Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "Defender” tipli minadaşıyan gəmi beynəlxalq hüquqa uyğun olaraq Ukrayna ərazi sularından keçib.


Britaniya MN gəminin Rusiya sərhədlərini pozduğunu, bu səbəbdən də xəbərdarlıq atəşinə məruz qaldığı barədə Rusiya Müdafiə Nazirliyinin məlumatını təkzib edib.


"Gəmimizə xəbərdarlıq atəşi açılmayıb. Gəmi hazırda Ukraynanın ərazi sularındadır”, - deyə məlumatda bildirilir.


Qeyd edək ki, Rusiya MN məlumat yayaraq, bu gün Britaniyaya məxsus "Defender” tipli minadaşıyan gəminin sərhədi pozduğunu, 3 km dərinliyə qədər irəlilədiyini bildirib. Məlumatda qeyd olunur ki, gəmi sərhədi pozacağı təqdirdə, silah tətbiq olunacağı barədə xəbərdarlığa məhəl qoymayıb. Belə olan halda keşikçi gəmisi xəbərdarlıq atəşi açıb. Bunun ardınca isə Su-24M təyyarəsi "Defender” gəmisinin hərəkət kursu üzrə xəbərdarlıq bombası atıb. Qara dəniz donanması və Sərhəd Xidmətinin birgə səyi nəticəsində Britaniya gəmisi Rusiyanın ərazi sularını tərk edib.


İnsidentlə əlaqədar Böyük Britaniyanın hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol