• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Qarabağda basdırılan minalardan DANIŞDI

Deputat Qarabağda basdırılan minalardan DANIŞDI
25.06.2021 12:13
10 gün əvvəl Ağdamın mina xəritəsinin alınmasına parlamentdə münasibət fürsəti olmamışdı. Sənədin mötəbərliyinə qiymət vermədən Amerika, Avropa Birliyi və  Gürcüstanın vasitəçiliyi ona görə alqışlandı ki, 30-dan artıq ölüm hadisənin və 100-ə yaxın yaralının bir daha baş verməyəcəyinə, 100 milyonlarla manat pula qənaət ediləcəyinə və ən əhəmiyyətlisi, zamana-Böyük qayıdışa bir an öncə qovuşacağımıza zəmin yaranırdı. Lakin sual olunur, son 30 ildə təkcə bir rayona 100 minə yaxın mina əkənlər, hansı haqla sülh və inkişaf əldə edə bilərdilər? Doğma Ağdamımıza tarixi Akna şəhəri deyib oraya əkdikləri ölüm toxumu ilə hansı ÜDM-i artıra bilərdilər? 
Əlbəttə, mina xəritələrinin alınması  Ali Baş Komandanın müharibədə yürütdüyü hərbi taktikanın bir daha doğruluğunu sübut edir. Əks-halda, o istiqamətdən hücumların itkilərin miqyasına, müharibənin gedişinə və millətimizin mənəvi-psixoloji durumuna təsirini təsəvür etmək çətin deyil.
 
Anews.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclası zamanı millət vəkili Zahid Oruc deyib.
 
97 mindən artıq ölümsaçan rəqəmlə geri qayıtmağa hazır olan 97 mindən artıq dinc insanımızı bir anlıq birgə təsəvvür edin, onda hakimiyyəti nədə günalandırmaq olar? Məgər Stalinqradı düşməndən azad edən babalarımız ömürlərinin 10 ilini  də mina təmizləməyə həsr etmişdilər? Axı faşistlər belə etməyiblər!  

Mina xərtiələri işğalın gerçək planıdır. Dövlətimiz onları real ittiham aktına, məhkəmə hökmünə çevirəcək. Cinayət faktlarını İrəvanın özündən aldığımız dünyanın gözü qarşısında, beynəlxalq vasitəçilərin əli ilə baş verib və minalar elə Koçaryan, Sarksiyanın gerçək simasıdır. Bir xalq Komitasla, Ayvazyanla, Babacanyanla öyündüyü halda min kvadrat kilometrlərlə ərazidə qanlı əsərlər və qorxulu kabus yaradıblar. Mesrop Maştotsun əlifbasının yazılı ədəbiyyata və qədim irsi qorumağa xidmət etdiyini, Ayane Şirakatsinin yerin kürə şəklində olduğunu Qalileydən əvvəl kəşf etdiyini deyən bir millət kürəşəkilli minalarla görün planetin bir parçasının başına hansı oyunu açıblar və saxladıqları miras nədən ibarətdir? Halbuki Azərbaycan xalqı heç bir torpağa minalar əkməyib.Çünki millətəmizin min ilik tarixi və dəyərləri ona imkan verməyib.

İndi də hər həftə Xudavəngə gəlib dua edən rahiblər öz millətinə Allahdan əfv diləmək əvəzinə və bütün insanlıq əleyhinə, birgəyaşayışın, sülhün altına qoyulan təhlükəyə görə Azərbaycandan üzr istəmələri yerinə yenə Eçmiədzinin məxfi planlarını yürütmələri daha çox ermənilərə zərbədir. Ona görə Paşinyan ilahinin onlara qəzəbinin tutduğunu deyəndə, haqlıdır! Bir millət özünü mina ilə qoruya bilməz! Azərbaycan öz torpaqları kimi, milyonlarla erməninin şüurunu da minalardan təmizləyəcəkdir!

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol