• $
  • €
  • ₽
  • ₺
  • £

Yenə də yüzlərlə TIR sərhəddə yığılıb...

Yenə də yüzlərlə TIR sərhəddə yığılıb...
29.06.2021 11:00
Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Nəqliyyatçılar Dərnəyi (UND) Türkiyədən Orta Asiyaya ixrac malları daşıyan TIR-lara keçid icazəsi vermədiyi üçün Qazaxıstana etiraz edib. Dərnəyin yaydığı bəyanata əsasən UND-in idarə heyətinin üzvləri Fatih Şener və Fırat Başbilen Qazaxıstanın Ankaradakı səfirliyi qarşısına üzərində "Türk-Qazax qardaşlığı adına üzgünük” sözləri yazılmış qara çələng buraxaraq etirazlarını bildiriblər.


Bəyanatda deyilir ki, koronavirus pandemiyasına görə Türkmənistan öz sərhədlərini beynəlxalq yükdaşımalara bağladığı üçün Türkiyədən Orta Asiyaya yüklərin daşınması üçün yeganə variant Qazaxıstandır. Lakin Qazaxıstan Türkiyə TIR-larına yükdaşıma sənədinin verilməsindən imtina edir və nəticədə yüzlərlə TIR iki həftədən çoxdur Türkiyə ilə Gürcüstan arasındakı Sarp Sərhəd Keçid Məntəqəsində yığılıb.

UND İdarə Heyətinin üzvü Fatih Şener deyib ki, Qazaxıstan Türkiyə TIR-larına keçid sənədi vermək üçün yüklərin Azərbaycan üzərindən daşınması şərtini irəli sürür.

"Qazaxıstan Türkiyə TIR-larına verdiyi daşıma sənədlərinə Rusiya üzərindən quru yolu ilə deyil, Azərbaycan üzərindən Ro-Ro (gəmi bərə) ilə keçid şərti qoyur, bu isə 3.500 dollar daha bahalıdır. Artan logistik xərclərinə görə, Türkiyə mallarının ixracat şansı azalmaqdadır. Ölkəmizin ixracatı Xəzərdə boğulmaqdadır”,-o bildirib.

Fatih Şener hesab edir ki, Qazaxıstan tərəfi bu şərti "bəzi mənfəət qruplarının maraqlarını təmin etmək üçün” irəli sürür. Nəticədə təkcə Türkiyə ixracatçılarına deyil, Qazaxıstan idxalçılarına da zərər vurur. UND bildirir ki, tarixi İpək Yolu və Orta Dəhlizin Qazaxıstan tərəfinin mövcud əngəlləri səbəbi ilə zərər görür, türk və qazax xalqları arasında kökü Altay Dağlarına uzanan qardaşlıq əlaqələrinə xələl gətirir.


Qeyd edək ki, Türkiyə yükdaşıyanları birinci dəfə deyil Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizində xərclərin çoxluğundan narazılıq edir. Və alternativ marşrutlardan istifadə etməyə çalışır. Alternativ marşrut isə Rusiya ərazisindən keçən quru yoludur, orada isə Sarp sərhəd keçid məntəqəsinin buraxılış imkanlarının məhduluğu TIR-ların uzun növbələrinin yaranmasına səbəb olur.(virtualorg)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol