• $
  • €
  • ₽
  • ₺
  • £

General Süleymaninin öldürülməsində əli olan zabit bazada ölü tapıldı

General Süleymaninin öldürülməsində əli olan zabit bazada ölü tapıldı
01.07.2021 11:50
ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ceyms Uillis Qətərdəki Əl-Udeyd aviabazasında ölü tapılıb. virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, İran xüsusi xidmət orqanları onu İnqilab Keşikçiləri Korpusunun "Əl-Qüds” briqadasının komandanı, general Qasım Süleymaninin öldürülməsi əməliyyatında iştirakına görə axtarırdı.


Bildirilir ki, Hərbi Hava Qüvvələrinin 55 yaşlı polkovnikinin ölümü döyüş əməliyyatları ilə əlaqəli deyiş. Hazırda ölümün səbəbləri müəyyənləşdirilir. Uillis ABŞ HHQ-nin "Qırmızı at” eskadrilyasına komandanlıq edirdi. O, Birləşmiş Ştatlar ordusunun regiondakı əməliyyatlarını dəstəkləmək üçün Qətərə ezam edilmişdi.

Zabitin komandiri Kliffod Teoni bildirib ki, xidmət yoldaşları Uillisin ailəsinə, dostlarına və bölməsinə dəstək vermək üçün bütün resursları səfərbər ediblər. "O, bizim komandanın üzvü idi və biz onun üçün çox darıxacağıq”,-komandir deyib.


Bu ilin yanvarında "Əl-Qüds” briqadasının indiki komandiri, briqada generalı İsmayıl Kaani Süleymaninin öldürülməsində əli olanların hamısından qisas alacaqlarını bildirmişdi. "Siz bundan sonra hətta öz evinizdə belə rahat otura bilməyəcəksiniz və qisasın sizi məhz evinizdə haqlayacağı ehtimalı az deyil”,-general hədələyib.






Qasım Süleymani 2020-ci il yanvarın 3-də ABŞ xüsusi xidmət orqanlarının həyata keçirdiyi, "Mossad”ın dəstəklədiyi əməliyyatla Bağdad aeroportu ətrafında öldürülüb. Onun olduğu avtomobilə ABŞ-ın pilotsuz təyyarələri "Cəhənnəm odu” raketləri ilə zərbələr endirib. Süleymani ilə birlikdə daha bir neçə zabit, o cümlədən İraqdakı şiə yaraqlılarının komandiri Əbu Mehdi əl-Mühəndis də öldürülüb.(virtualorg)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol