• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün general olan polis rəisləri kimdir?

Bu gün general olan polis rəisləri kimdir?
02.07.2021 09:52
Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsi verilən polis rəislərinin bioqrafiyası maraq doğurub.

Anews.az xəbər verir ki, bu gün general-mayor rütbəsi verilənlərdən biri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevdir.

Ə.Rzayev 1968-ci ildə Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub. BDU-nun hüquq fakültəsində təhsil alıb. 1989-cu ildə Ukraynada polis, 1990-1995-ci illərdə Ordubadda kənd məktəbində müəllim işləyib. Müxtəlif illərdə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin rəis müavini, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, ardınca Şəki RPİ-nin rəisi olub, oradan isə Nəsimi rayonuna rəis gətirilib. Və nəhayət 2019-cu ildə Nəsimi RPİ-nin rəisi vəzifəsindən çıxarılaraq "Bandotdel”in rəisi təyin edilib.

General-mayor rütbəsi verilən digər şəxs Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovdur.

Ə.İsmayılov 1963-cü ildə Yerevanda anadan olub. Vladimir Xüsusi Orta Milis Məktəbini, daha sonra isə DİN-in Polis Akademiyasını bitirib. 1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlayıb və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışıb.15 il Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi və həmin İdarənin əməliyyat işi üzrə rəis müavini, Sumqayıt ŞPİ-nin rəisi, Xətai və Yasamal RPİ-lərinin rəisi, Gəncə şəhər BPİ-nin rəisi vəzifələrində xidmət edib.

2020-ci ilin noyabr ayında Bakı Şəhər BPİ-nin rəisi vəzifəsinə təyin olunub. Ailəlidir, 3 övladı var.


Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov da general-mayor rütbəsi alanlar sırasındadır.


İ.Hümbətov 1964-cü ildə Füzuli rayonu Qaraxanbəyli kəndində anadan olub. Barnaul Xüsusi Orta Milis Məktəbini, Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1985-ci ildən daxili işlər orqanlarında xidmət edir.


DİN-in ayrı-ayrı struktur qurumlarında cinayət axtarışı üzrə əməliyyat müvəkkili, Balakən və Saatlı Rayon Polis şöbələrinin cinayət axtarışı bölməsinin rəisi, Cəlilabad və Sabirabad Rayon Polis şöbələrinin rəis müavini, paytaxtın Xəzər, Səbail, Xətai, Yasamal Rayon Polis idarələrinin rəis müavini, Göyçay və Lənkəran şəhər rayon Polis şöbələrinin rəisi vəzifələrində işləyib.


2019-cu ilin noyabr ayında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.


Ailəlidir. Üç övladı var.


2019-cu ildən bəri Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi olan Əlaslan Ağayev də general-mayior rütbəsi alıb. O, bundan öncə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi işləyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol