• $
  • €
  • ₽
  • ₺
  • £

İran səfirindən Minsk qrupuna ittiham

İran səfirindən Minsk qrupuna ittiham
26.05.2014 10:37
“Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli İranın xarici siyasətinin əsas prioritetlərindən biridir”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İran Xarici İşlər Nazirliyinin Təbriz şəhərindəki nümayəndəliyində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bölgənin təhlükəsizliyinin təmini İran üçün son dərəcə vacibdir: “Ona görə də rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səy göstərir. Çünki bu münaqişə İranın Azərbaycan və Ermənistanla sərhədlərinin bir hissəsini əhatə edir. Bakı və İrəvan arasında qarşıdurma hər iki ölkənin xeyrinə deyil. Əlbəttə, belə bir münaqişəli vəziyyətin İran üçün də heç bir faydası yoxdur”. Səfir İranın vaxtilə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etdiyini də xatırladıb: “Ancaq hazırda hər iki tərəfin bu məsələni ATƏT-in Minsk qrupu çərçivəsində həll etməyə çalışdıqları görünür. ATƏT-in Minsk qrupu isə 20 ildir fəaliyyət göstərsə də, münaqişənin həlli üçün heç bir addım atmayıb. Halbuki ATƏT-in Minsk qrupu hər iki münaqişə tərəfini bir il müddətində barışdırmaq üçün yaradılmışdı. Əslində, ATƏT-in Minsk qrupunun bölgədən kənarda yerləşən üzv ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində kifayət qədər maraqlı deyil. Çünki onlar üçün qlobal mövzular daha əhəmiyyətli məsələlərdir”. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol