• $
  • €
  • ₽
  • ₺
  • £

“3-cü qrupda ballar yüksək olacaq”

“3-cü qrupda ballar yüksək olacaq”
23.08.2021 15:42
"3-cü qrupda müsabiqə balları daha yüksək olacaq”. 


Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə feysbukda canlı yayım zamanı II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında danışarkən bildirib. 


3-cü qrupda 600 baldan yuxarı 617 nəfər nəticə göstərib Keçən il isə 555 nəfər belə nəticə göstərib. Bu o deməkdir ki, reytinqi yüksək olan yerlərdə müsabiqə ağırlaşacaq.


"Keçən il 500 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı 2714 nəfər olub. Bu il eyni nəticə göstərənlərin sayı 150 nəfər çoxdur. 


Keçən il 400 baldan yuxarı toplayan abituriyenlərin sayı 6232 nəfər idisə, bu il 6323 nəfərdir. Yəni belə abituriyentlərin sayı 91 nəfər artıb. Ona görə də, bu o deməkdir ki,  hanısa ixtisalarda keçid balı artacaq”. 


M. Abbaszadə həmçinin qeyd edib ki, ötən il 150 baldan yuxarlı nəticə göstərən abituriyentlərin sayı 17 min 964 nəfər idisə, bu  il 16 567 nəfərdir:


"Bu azalma müsabiqə vəziyyətinə təsir göstərməyəcək. Biz plan yerləri və müsabiqəyə buraxılanları müqayisə etsək görərik ki, 12 mindən çox uşaq qəbul olmayacaq.3-cü qrupda müsabiqə balları daha yüklsək olacaq. Dövlət sifarişli yerlərdə keçid balları artacaq. II qrupda 420 baldan yuxarı nəticə göstərənlərin dövlət sifarişli yerlərə qəbul olmaq şansı var”. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol