• $
  • €
  • ₽
  • ₺
  • £

Xankəndində işıq, su və internet yoxdur

Xankəndində işıq, su və internet yoxdur
30.08.2021 11:27
Rusiyanın sülhməramlı qüvvələrinin nəzarəti altında olan Xankəndində üç həftədən çoxdur ki, su yoxdur, əldəqayırma rejiminin nümayəndələri isə problemin aradan qaldırılması üçün yağişin yağmasini gözlədiyini deyirlər.  Rusiya Sülhməramlılarının təşəbbüsü ilə gətirilən 10 tonluq su maşınları Xankəndi sakinlərinin su problemini həll etmək üçün yetərli deyil. Bu maşınlarla gətirilən su adambasina maksimum 2-3 vedrə su verməyə çatir. 
 
Xankəndində su qıtlığı  avqustun əvvəlindən başlayıb.  Şəhərin üçdə bir hissəsinə su ümumiyyətlə verilmir, qalan hissələrində isə sakinlər gündə maksimum 1-2 saat su alırlar. Qondarma rejimin nümayəndələri yaranmış vəziyyəti Xankəndini su ilə təchiz edən çayların uzun müddətı və bu çaylardan birinin isə tamamilə quruması nəticəsində yarandığını deyir. 

"Hələlik həyətlərdə qoyulmuş plastik baklarin köməyi ilə vəziyyətdən çıxmağa çalışırıq. Problem yalnız yağışlar mövsümünün başlanması ilə aradan qaldırılacaq", - deyə özünü "şəhər merinin müavini"  adlandıran Abramyan Qafqazskiy uzel dərgisinə bildirib.  Qondarma "hakimiyyət" nümayəndələri vəd edirlər ki, Xankəndini fasiləsiz su ilə təmin etmək üçün yeni su kəmərinin çəkilməsi planlaşdırılır.
 
Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində su çatişmamazligi ilə yanaşı, enerji təchizatında da fasilələr müşahidə olunur. Məlum olduğu kimi, Azərbaycan öz ərazilərini işğaldan azad etməklə regionun əsas su mənbələrini və su elektrik stansiyalarını öz nəzarətinə qaytarıb. Bu gün Rusiya sülhməramlılarının nəzarətində olan əraziləri elektriklə təchiz edən əsas mənbə Sərsənq SES - dir. 
 
Amma hazırda ən ciddi problem su çatışmazlığıdır. Xankəndi sakinlərindən biri deyir: "qonşumuz təqaüdçüdür. Ona su gətirəndə o, bizə zəng edir və biz bu imkandan istifadə edirik. Uşaqlar bizim mənzilimizə də su gətirirlər etiraz etmirlər". 
 
Digər sakin, su maşınının  həyətə girdiyini eşidəndə öz körpəsini çarpayının üstünə ataraq vedrəni tutub su dalınca qaçıb. "Bu gün həyətə su maşını gəlmişdi. Uşağı çarpayıda tək qoyub su dalınca qaçdim. Yuyunmaq və çimmək üçün qohumlarımızın yanına getmək məcburiyyətindəyik". 
 
Bu ərazidə həm mobil rabitə, həm də internet pis dəstəklənir. Qondarma rejiminin nümayəndələri şikayət edirlər ki , Azərbaycan mobil rabitə siqnallarını aşağı salır, nəticədə "Arsax Telekomun" əhatə dairəsində olan abunəçilər mobil rabitə və İnternetdən istifadə etməkdə çətinlik çəkirlər.

Bu Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə hökm sürən çox saylı mürəkkəb problemlərin yalnız bir hissəsidir. Dağlıq Qarabağda ermənilər müharibədən əvvəl də yoxsulluq və səfalət içində yaşayırdılar, indi isə ikinci Qarabağ müharibəsinin sonunda Rusiya məsuliyyət zonasında hər hansı iqtisadi yüksəlişə ümid etmək lazım deyil. 

Rusiya Müdafiə Nazirliyi zamanla Qarabağ ermənilərinə tibbi yardım göstərən ərzaq payları gətirən sülhməramlılar haqqında təbliğat yayır, həmçinin Rusiya hərbçilərinin üzüm yığımı və digər "humanitar missiya"nın səyləri haqda danışırdı. Amma aydın məsələdir ki, sülhməramlıların könüllü dəstəyi ilə bu diyarda tamhüquqlu həyat yaratmaq mümkün deyil…
 
Tərcümə: Şəfiqə Sultanzadə

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol