• $
  • €
  • ₽
  • ₺
  • £

Kreml Qarabağ və 7 rayonu Azərbaycana verməyə hazırdır – ŞOK BƏYANAT

Kreml Qarabağ və 7 rayonu Azərbaycana verməyə hazırdır – ŞOK BƏYANAT
20.05.2014 18:57

“Rəsmi Bakı bunu dərk edir”.

Rusiya artıq Azərbaycana öz təkliflərini bildirib: Qərb ilə sıx siyasi və enerji əməkdaşlığından imtina etmək, Rusiyanın siyasi və iqtisadi nəzarət məkanına qayıtmaq, Azərbaycanda Rusiyanın hərbi iştirakına razılaşmaq (Rusiyanın 1 nömrəli hədəfi). Bunun müqabilində Moskva Dağlıq Qarabağ və ona bitişik rayonları Azərbaycana qaytarmağa hazırdır.

Oxu.Az Haqqin.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-ə müsahibəsində erməni xüsusi xidmət orqanlarının keçmiş rəhbəri David Şahnazaryan bildirib.

Erməni siyasətçinin fikrincə, Kremlin bu planları Putinin neoimperiya siyasəti çərçivəsindədir:

“Bu Dağlıq Qarabağ münaqişəsində yeni vəziyyətin yaranmasına gətirib və bütün münaqişə tərəflərinin – Dağlıq Qarabağ, Azərbaycan və Ermənistanın maraqları üçün ciddi təhdid kəsb edir. İstisna deyil ki, rəsmi Bakı bunu dərk edir və xarici işlər naziri Elmar Məmmədyarovun reaksiyası bəlkə də bununla əlaqədardır.

Belə ki, Məmmədyarov Azərbaycanın Uorlikin təklif etdiyi prinsiplər əsasında danışıqlar aparmaq hazır olması ilə yanaşı, ölkəsinin İlham Əliyev hakimiyyətinin daim qarşı çıxdığı sülhməramlı əməliyyatlara hazırlığını da bildirib. Azərbaycan faktiki olaraq, Uorlikin təkliflərini qəbul etməklə, əvvəlki mövqeyini dəyişdi: müharibəyədək olan vəziyyəti bərpa etmək.

Belə ki, həmin vəziyyətə uyğun olaraq, Bakı hesab edirdi ki, beynəlxalq ictimaiyyət Azərbaycanın elə özünün başladığı müharibəyə görə itirdiyi torpaqları ona geri qaytarmalıdır”,  - deyə, siyasətçi bildirib.

D.Şahnazaryan Azərbaycanın Ermənistan qarşısında üstünlüyünü də qeyd edir:

“Xeyli müddətdir ki, elə Rusiyanın köməyi ilə Azərbaycanın xeyrinə pozulmaqda olan hərbi balans. Və elə bu proses təkcə davam etməyəcək, həm də genişlənəcək, çünki Rusiya üçün Azərbaycan silahlanma üzrə bir nömrəli tərəfdaşdır.

İkincisi, iqtisadi amil. Ermənistan və Azərbaycanın indiki və 15 il əvvəlki iqtisadi vəziyyətini heç bir şəkildə müqayisə etmək olmaz. O, daim Azərbaycanın xeyrinə dəyişir. Üçüncüsü, regionda geosiyasi balans bizim zərərimizə olaraq, xeyli dəyişib, xüsusilə də, sentyabrın 3-dən – rəsmi İrəvanın bir gündə Avropaya inteqrasiyadan Rusiyanın Gömrük İttifaqına tərəf dönüş etməsi və Ermənistanın xarici siyasət və təhlükəsizlik məsələlərini faktiki olaraq, Kremlə verdiyi gündən başlayaraq”, - deyə, o qeyd edir.

D.Şahnazaryan hesab edir ki, R.Köçəryan – S.Sarkisyan duetinin siyasəti Ermənistanın müstəqilliyini itirməsinə gətirib çıxardığı vaxtda, Azərbaycan bu illər ərzində öz dövlət suverenliyini xeyli möhkəmləndirib:

“Bununla yanaşı, söyləmək nə qədər ağrılı olsa da, Azərbaycan kifayət qədər müstəqil və müxtəlifyönlü xarici siyasət aparır. Miqrasiya templərinə görə Ermənistan Azərbaycanı qabaqlayır – hm də Ermənistandan fərqli olaraq, Azərbaycanda əhali artır. Enerji təhlükəsizliyi məsələsi:

Ermənistanın bütün enerji sistemini Rusiya idarə etdiyi bir vaxtda, Azərbaycan öz enerji təhlükəsizliyini təmin etməklə yanaşı həm də bir çox ölkələrin enerji sahələrini təmin edir. Növbəti amil. Ermənistanın beynəlxalq arenadakı təsiri xeyli azalıb, xüsusilə də 3 sentyabrdan sonra.

Azərbaycan isə öz imicinin möhkəmləndirilməsinə milyonlar sərf edir və artıq nəzərəçarpacaq nəticələrə nail olub”, - deyə, erməni xüsusi xidmət orqanlarının keçmiş rəhbəri son illərin yekunlarını belə şərh edib.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol