• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan AŞPA-nın vitse-prezidentinə niyə viza verməyib?

Azərbaycan AŞPA-nın vitse-prezidentinə niyə viza verməyib?
20.05.2014 17:50

“Azərbaycan tərəfi Assambleyanın vitse-prezidenti, Fransanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rene Ruke ölkəyə daxil olmaq üçün viza verməkdən imtina edib”.

Bunu APA-nın Avropa bürosuna müsahibəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Anna Brassör deyib. O bildirib ki, AŞPA-nın mayın 22-23-də Bakıda keçiriləcək Bürosu və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün Azərbaycana səfər etməli olan Rene Rukeye ölkəmizin Parisdəki səfirliyi tərəfindən viza verilməsi üçün Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyi ilə müzakirə aparıb: “Çox təəssüf ki, cavab mənfi oldu”. Assambleya sədri bununla bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla da müzakirə apardığını, amma müsbət cavab ala bilmədiyini deyib. O qeyd edib ki, bundan sonra Rene Ruke özü səfərdən imtina edib. AŞPA sədri R. Rukeyə viza verilməməsinin səbəbini bilmədiyini də qeyd edib. APA-nın apardığı araşdırma nəticəsində isə bəlli olub ki, R. Ruke bir neçə fransalı həmkarı ilə bir müddət əvvəl Azərbaycanın icazəsi olmadan Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər edib. Onlar separatçı rejimin təmsilçiləri ilə görüşlər də keçiriblər. Bundan sonra Azərbaycan tərəfi onları “persona non-qrata” elan edərək, ölkəyə girişlərini qadağan edib. Qeyd edək ki, həmin şəxslərin adı Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına da daxil edilib və saytında yerləşdirilib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol