• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Qətər XİN başçıları görüşüb

Azərbaycan və Qətər XİN başçıları görüşüb
07.09.2021 13:38
"Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazırdır və bu mövqe dövlət başçımız tərəfindən səsləndirilib".

Anews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə bugünki görüşü zamanı söyləyib.

Ceyhun Bayramov iki ölkənin mövqeyinin ətraflı şəkildə izah edilməsi və qarşılıqlı anlaşmanın təmin edilməsi baxımından mütəmadi şəkildə siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.


Nazir, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi davamlı dəstəyi, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində illik əsasda ölkəmizlə bağlı qəbul edilən qətnamələri birmənalı şəkildə dəstəklədiyi üçün Qətər Dövlətinə təşəkkürünü ifadə edib.

Azərbaycanın XİN başçısı qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanın 30 ilə yaxın həyata keçirdiyi işğalçı siyasətin ağır nəticələri, 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, habelə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumatlandırıb.

Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin səmimi qəbula görə təşəkkürünü bildirib, Qətər Dövlətinin xarici işlər naziri Şeyx Mohammed bin Abdulrəhman Al-Taninin salamlarını nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. O, iki ölkə Xarici İşlər Nazirlikləri arasında həyata keçirilən məsləhətləşmələrin Bakıda kecirilən növbəti mərhələsi çərçivəsində əməkdaşlıq gündəliyinin bir sira məsələləri üzrə ətraflı müzakirələrin aparıldığını söyləyib.

Qətərin dövlət naziri Azərbaycanın qonşu dövlətlə münasibətlərin normallaşdırılması və sülhün təmin olunmasına dair mövqeyinin təqdir edildiyini ifadə edib. O, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesi çərçivəsində layihələrin icrasına Qətər şirkətlərinin də cəlb edilməsində maraqlı olduqlarını bildirib. Informasiya mübadiləsi sahəsində əməkdaşlığın həyata keçirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin önəmi qeyd olunub.

Qətər Dövlətinin rəsmisi Azərbaycan xalqına və dövlətinə rifah və inkişaf arzu edib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol