• $
  • €
  • ₽
  • ₺
  • £

Laçına kədər ithafı - VİDEO

Laçına kədər ithafı - VİDEO
17.05.2014 00:09
Başın sağ olsun ki, Vətən, baş qaldıra biləsən!1992-ci il mayın 16-17-ə keçən gecə Ermənistan ordusunun başladığı hücumla Azərbaycan Laçını itirdi. ANS PRESS-in məlumatına görə, düz 22 ildir ki, Azərbaycan tarixinə iz salmış oğulların yurdu olan, Xosrov bəy və Sultan bəy Sultanovlar kimi dövlət xadimləri bəxş etmiş bir rayonumuz düşmən tapdağı altındadır. O Sultanovlar ki, 1918-ci ildə qərbdən və şərqdən edilən erməni hücumlarına duruş gətirərək bütün Zəngəzuru Azərbaycanın nəzarəti altında saxlaya bilmişdilər. O Sultanovlar ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Türkiyəyə mühacirət edərək Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi altında qardaş respublikanın quruculuğunda iştirak ediblər. Bəs, belə igid oğulların beşiyi olan bir rayon necə oldu ki, 1992-ci ildə düşmən tapdağı altına keçdi? Səbəb nə idi? Səbəbi əfsanəvi jurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin həmin günlərdə lentlərə köçürülmüş reportajlarında açıqca görmək olur. Həmin günlərlə bütünlükdə Laçın rayonu böyük bir yas çadırına bənzəyirdi. Bir türk elatının köçdən qabaq qurduğu yas çadırına. Adətən türklər mayın 17-də arandan dağa köçürlər, amma bu dəfə hər şey tərsinə idi, dağdan aran köçürdülər. Çingiz Mustafayevin lentlərə köçürdüyü hərbçilər də tərsinə davranırdılar. Əvvəl hər şeyin bitdiyini düşünüb yas çadırının sahibləri kimi oturub baş sağlığı gözləyirdilər. Sonradan komandirlərinin Rusiya tarixindən çəkdiyi bir çox misalları yada salıb döyüşə hazırlaşdılar, amma bunun da faydası olmadı. Əhali də tam tərsinə davranırdı. Adətən, çətin məqamlarda arvad-uşağı qorxusuz yerə çıxararlar və əli silah tutan kişilər isə evi qoruyar. Amma kadrlarda Çingiz Mustafayevlə söhbət edən Qarıqışlaq sakini olan ağsaqqal qoyunları arana apardığını, evi isə arvadının qoruduğunu iddia edirdi. “Torpağı versək, kişi deyilik” deyən ağsaqqal özü-özünə inanmırdı. Əcaba, görəsən, həmin günlərdə hər kəsi tərsinə davaranmağa məcbur edən səbəb nə imiş? Sən demə, 1992-ci il mayın 12-də Azərbaycan Nazirlər Soveti Laçından əhalinin çıxarılması ilə bağlı 243 saylı qərar veribmiş. Həm də hansısa sirli əllər mayın 11-də rayona əhalini köçürmək üçün maşın karvanı göndəribmiş. Yəni məsələ aydın oldu. 1988-ci il dekabrın əvvəlində Göyçədən əhalini də Azərbaycan Nazirlər Soveti çıxarımışdı və bunun üçün mahalın mərkəzindəki əsas düyün kənd olan Şişqayaya 500-ə yaxın iri yük maşını göndərmişdi. Həmin maşınları Göyçəyə Nazirlər Soveti sədrinin bir müavini gətirmişdi. Həmin üzdəniraq məmur Qərbi Azərbaycan torpaqlarının Moskvanın diqtəsi ilə ermənilərə təhvil verilməsində əsas rol oynamışdı. O vaxt Nazirlər Sovetində Moskvaya işləyən gizli burokratik-oliqarxiya vardı və o oliqarxiya həmin günlərdə baş verən Yaqub Məmmədov - Ayaz Mütəllibov qaçdı-tutdusundan istifadə edərək Laçını tar-mar etmişdi. Məhz o satqınların əməyinin bəhrəsidir ki, indi 60 mindən artıq laçınlı 59 şəhər və rayonda qaçqın həyatı yaşayır. Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye və 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar və 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif və 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb. Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib.

Sultan bəy və Xosrov bəy kimi qəhrəmanların yurdunun belə ucuz qiymətə düşmənə təhvil verilməsinə görə başın sağ olsun, Vətən! Başın sağ olsun ki, bir də baş qaldıra biləsən və 3 min ildir ki, türkə yurd olan Laçın, Qubadlı, Gorus, Qafan və İstisu dağlarına bir də baxa biləsən.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol