İlham Əliyev Paşinyanla görüş üçün şərtini açıqladı

"Keçən ilin noyabr ayında müharibə bitəndən bəri bizim Ermənistan Baş naziri ilə bir-birimizi görmək üçün yalnız bir imkanımız olub”.
Anews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransanın "France-24” televiziya kanalına müsahibəsində deyib.
"Görüşün məqsədi müharibədən sonra hadisələrin gedişatını planlaşdırmaq idi. Bizim bir-birimizi görmək üçün başqa imkanımız olmayıb.
Əksinə, hesab edirik ki, bu təmaslar hər iki tərəfdə ola bilən sualları cavablandıra bilər və regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Bizim mövqeyimiz çox aydındır.
www.anews.az
























