• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalı soyqırımı Hollandiya parlamentində gündəmə gələ bilər - AÇIQLAMA

Xocalı soyqırımı Hollandiya parlamentində gündəmə gələ bilər - AÇIQLAMA
16.05.2014 17:40
Niderlanda yaşayan həmyerlimiz, Niderland Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov Niderland parlamentinin üzvü Mixel Servaeslə (Michiel Servaes) görüşüb.
Görüş barədə fikirlərini soruşduğumuz Vüqar Abbasov  görüşün olduqca yüksək səviyyədə keçdiyini bildirib: “Görüş müsahibə almaq məqsədi ilə keçirildi. Ancaq orda həm də Azərbaycan torpaqlarının ermənilər tərəfdən işğalda olması, Xocalı hadisələri və s. barədə müzakirələrimiz oldu.  Mən cənab Servaesə bütün bu problemlərin Rusiya tərəfdən yarandığını bildirdim və istər onun, istərsə də digər avropalı siyasətçilərin tarixə yaxşı nəzər salmalarının lazım olduğuna diqqət çəkdim. Qeyd etdim ki, necə ki,  Ukraynada, Gürcüstanda, Moldaviyada baş verənlər Rusiyanın işğalçılıq siyasəti kimi dəyərləndirilir, eləcə də Azərbaycan ərazilərinin işğalına o cür baxmaq lazımdır”.
V.Abbas millət vəkilinin diqqətinə onu da çatdırıb ki, Ermənistan hər zaman Rusiyanın təsiri altında olub və bu gün də belədir.
“Misal olaraq martın 27-də Ermənistan BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Krımdakı referendumu tanımamaqla bağlı irəli sürdüyü qətnamənin əleyhinə, Azərbaycanın isə leyhinə səs verməsini göstərdim.  Xocalı hadisələrinin Niderland parlamentində müzakirə olunması və digər bu kimi məsələlər də görüş zamanı müzakirə olundu. Bu yaxınlarda mətbuata daha ətrafl məlumat verəcəm və aldığım müsahibəni oxuduqda da söhbətimiz barədə geniş bilgi almış olacaqsız” – deyə həmyerlimiz əlavə edib.
Müsahibə yaxın günlərdə həm Azərbaycan, həm də Niderland mətbuatında yayımlanacaq.
Seymur
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol