• $
  • €
  • ₽
  • ₺
  • £

Son 8 ayda neçə nəfər minada həlak olub?-Nazir açıqladı

Son 8 ayda neçə nəfər minada həlak olub?-Nazir açıqladı
30.09.2021 13:30
8 ayda işğaldan azad olunmuş ərazilərdə 167 nəfər minaya düşüb, bu şəxslərin 33-ü həlak olub, 134 nəfər isə yaralanıb. Minaya düşən şəxslərin əksəriyyəti isə mülki şəxslər olub. 

Bunu nazir Ceyhun Bayramov  Azərbaycan Respublikası və Çex Respublikası xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.
 
Nazir bildirdi ki, Azərbaycan üçtərəfli bəyanətin şərtlərinə riayət etsə də, Ermənistan tərəfi düzgün olmayan addımlar atır. Bunlardan biri də məhz mina xəritələrinin verilməməsidir. 8 ay ərzində 2 dəfə - iyun və iyulda xəritələr təqdim olunub ki, həmin xəritələr də natamam formada olub.

XİN rəhbəri 44 günlük müharibə nəticəsində Azərbaycanın qələbəsi ilə tamamlanmış əks-hücum əməliyyatlarının başlanmasından 1 il ötdüyünü xatırladıb.

"Müharibənin başa çatmasından sonra 10 aydan çox müddətdir Azərbaycan ötən ilin noyabr ayında əldə olunmuş üçtərəfli razılaşmalar çərçivəsində müvafiq danışıqlar aparır. Lakin Ermənistan hələ əldə olunmuş razılaşmalara riayət etmir. Ermənistan tərəfi azad edilmiş ərazilərin mina sahələrinin bütün xəritələrini təqdim etməyib. Bu, dinc sakinlərin ölümünə, həmçinin bu ərazilərdə infrastrukturun bərpası və məcburi köçkünlərin geri qaytarılması prosesinin ləngiməsinə səbəb olur”, - XİN başçısı deyib.

Onun sözlərinə görə, razılaşmada da öz əksini tapmış nəqliyyat layihələrinin həyata keçirilməsi və kommunikasiyaların açılması da bu səbəbdən ləngiyir.
"Ermənistan konstruktiv əməkdaşlıq və ya qonşularla düşmən münasibətlər arasında seçim etməlidir”. – C.Bayramov vurğulayıb.




 


 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol