• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu təsdiqləndi

Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu təsdiqləndi
30.09.2021 15:28
Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
 
Anews.az xəbər verir ki, Anlaşma Memorandumu 1 (bir) il müddətində etibarlıdır və tərəflərdən birinin bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 90 (doxsan) gün qalmış digər tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə ləğvetmə tələbini göndərmədiyi təqdirdə bu Anlaşma Memorandumu növbəti birillik müddətlərə uzadılır.
 
Memoranduma əsasən, göndərən ölkənin heyəti əvvəlcədən müəyyən edilmiş yerdəyişmə müddəti üçün kifayət edəcək miqdarda dərmanla və ləvazimatla yola düşəcək.
 
Ev sahibi ölkə təcili tibbi xidmətləri və təcili təxliyə xidmətlərini göndərən ölkənin heyətinə ödənişsiz olaraq təmin edəcək. Göndərən ölkənin heyətinin sığorta haqları müalicə xidməti xərcləri göndərən ölkə və ya göndərən ölkənin heyətinin özü tərəfindən ödəniləcək.
 
Ev sahibi ölkə yaralanma və ya ölüm halında göndərən ölkəni məlumatlandıracaq. Ölüm halında ev sahibi ölkə göndərən ölkənin siyasətinə riayət edilməsini təmin etmək üçün prosedurlardan və ya yarılmadan əvvəl göndərən ölkə ilə koordinasiya edəcək. Göndərən ölkənin bir təmsilçisi (mümkünsə həkim) yarılma zamanı iştirak etmə və yekun yarılma raportunun bir nüsxəsini əldə etmə səlahiyyətinə malikdir.
 
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol