• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin işdən çıxardığı Ağabəy Əsgərov kimdir? - DOSYE

Prezidentin işdən çıxardığı Ağabəy Əsgərov kimdir? - DOSYE
30.09.2021 15:53
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ağabəy Məmməd oğlu Əsgərov "Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib. 
 
Anews.az Ağabəy Əsgərovun qısa dosyesini təqdim edir.
 
Ağabəy Məmməd oğlu Əsgərov 1956-cı il yanvarın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri namizədidir.
 
Yeni Azərbaycan Partiyasının üzvüdür.
 
1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Birinci çağırış Milli Məclisə deputat seçilib.

2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə İkinci çağırış Milli Məclisə deputat seçilib.

Ölkə başçısının 19 aprel 2005-ci il tarixli sərəncamı ilə "Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsinə təyin edilmişdi.

18 noyabr 2017-ci il tarixində "Şöhrət” ordeni ilə təltif edilmişdi.

Subaydır.
 
Son vaxtlar mətbuatda "Azərbaycan” nəşriyyatının binasında acınacaqlı vəziyyətlə bağlı yazılar yer alırdı. Binadakı otaqların nəşriyyata aidiyyəti olmayan şəxslərə icarəyə verilməsi, təmirin həyata keçirilməməsi ciddi narazılıqla qarşılanmışdı. Buna səbəb kimi Ağabəy Əsgərovun fəaliyyətini düzgün qura bilməməsi göstərilirdi. (modern.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol