• $
  • €
  • ₽
  • ₺
  • £

Bahar Muradova: “Suriya erməniləri Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılır”

Bahar Muradova: “Suriya erməniləri Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılır”
16.05.2014 14:17
“ATƏT-in Minsk Qrupu həmsədrlərinin Laçın və Kəlbəcərə səfəri Azərbaycan üçün də maraqlıdır”. APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova söyləyib. 
B.Muradova deyib ki, əvvəllər də ATƏT-in Faktaraşdırıcı Missiyası bölgədə olub, işğal altındakı torpaqlarda vəziyyət, Ermənistanın həyata keçirdiyi vandal hərəkətləri qeydə alıb: 
“Uzun müddət idi ki, Azərbaycan işğal altındakı ərazilərə belə bir missiyanın gəlişini tələb edirdi. Çünki işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşdırma aparılır. Suriyadan gələn erməni köçkünlər, dünyanın başqa ölkələrindən gələn ermənilər məcburi qaydada Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılır. Bu da beynəlxalq konvensiyalara ziddir. Bu məsələ Azərbaycan tərəfindən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT qarşısında qaldırılıb. İndi ATƏT-in Minsk Qrupunun həmsədrləri Laçın və Kəlbəcərə səfər edəcəklər. Düşünürəm ki, söylədiklərimizə bir daha yerində əmin olacaqlar və bu faktlar onların hesabatlarında əksini tapacaq. Çox arzulayardıq ki, həmsədrlərin Laçın və Kəlbəcərə səfəri  qeydə alınmış faktlardan, hazırkı durumdan konkret nəticələrə gətirib çıxaran fəaliyyətə və hərəkətə səbəb olaydı”. 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol