• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycana milli mollalar lazımdır”

“Azərbaycana milli mollalar lazımdır”
12.10.2021 20:35
"Azərbaycan hökuməti İranın Azərbaycandakı casus şəbəkəsini zərərsizləşdirməlidir".  

"Qafqazinfo” xəbər verir ki, bu təkliflə AMİP lideri Etibar Məmmədov Yeni Müsavat TV-nin efirində çıxış edib. 
Partiya lideri qeyd edib ki, indiyə qədər İran Azərbaycanın ərazisində özünü çox sərbəst hiss edib: 

"İran mədəni və dini əlaqələr adı ilə özünə tərəfdar da yığıb. Sadəcə olaraq, onları neytrallaşdırmaq lazımdır. Hökumət dini siyasətində ciddi dəyişikliklər etməlidir. Azərbaycanın irançı və yaxud başqa dövlətlərə meyilli strukturları tamamilə neytrallaşdırılmalıdır. Azərbaycana milli mollalar lazımdır. İran Azərbaycanı içəridən qarışdırmağa və parçalamağa cəhdlər edib. Bundan sonra da edəcək.
Biz də İranda yaşayan soydaşlarımızın hüquqlarını qaldırmalıyıq. Konstitusiyaya dəyişiklik etməliyik ki, Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların himayədarıdır. Hökumət İranda yaşayan soydaşlarımızın mədəni, təhsil hüquqlarını müdafiəsinə də kömək etməlidir. İranda olan soydaşlarımızın Azərbaycanda təhsil almasına şərait yaradılmalı, onlar üçün xüsusi kvotalar ayrılmalıdır”. 

E. Məmmədov vurğulayıb ki, daxildə İranın şəbəkələri çox güclüdür:
"Azərbaycanda korrupsiya, rüşvət mühitindən özləri üçün çox faydalanıblar. Adamlarını da həmin rüşvət vasitəsilə yaxşı yerlərə yerləşdiriblər. Düzdür, onlar aşkar olunub və təmizlənib. Ancaq çox böyük şəbəkə yaradıblar və bundan da istifadə edəcəklər.

Təhsil, mədəniyyətdən tutmuş hərbi və təhlükəsizlik sahəsində də onların şəbəkələri var. Təmizləməyə çalışırlar, amma  bu daha ciddi və geniş səviyyədə olmalıdır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol