• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarov xorvatiyalı nazirlə görüşdü

Mikayıl Cabbarov xorvatiyalı nazirlə görüşdü
22.10.2021 13:09
İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.
 
Görüşdə Xorvatiya ilə siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi, tərəfdaşlığın genişlənməsi üçün müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığı diqqətə çatdırılıb. Bildirilib ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr ikitərəfli münasibətlərin inkişafında önəmli rol oynayır. Ölkələrimiz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də əməkdaşlıq edir. 
 
Azərbaycan iqtisadiyyatı, həyata keçirilən sistemli və ardıcıl iqtisadi islahatlar barədə məlumat verən iqtisadiyyat naziri qeyd edib ki, ticarət Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlığının əsas istiqamətlərindəndir və 2021-ci ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 62% artıb. 
 
İqtisadiyyat naziri Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun işgüzar dairələr arasında əlaqələrin genişlənməsi, perspektiv sahələrin müəyyənləşdirilməsi baxımından əlverişli platforma olduğunu qeyd edib, Xorvatiya iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və  investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.  İqtisadiyyat naziri həmçinin, cari ilin 26 oktyabr tarixində Zaqrebdə keçirilməsi nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının iqtisadi sahədə əməkdaşlığın inkişafı perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.  
 
Q. Q. Radman Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, Xorvatiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
 
Görüş çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi M. Cabbarov və Q. Q. Radman imzalayıblar. Sənəddə iqtisadi əməkdaşlığın inkişafı, vergi orqanları arasında səmərəli tərəfdaşlığın və məlumat mübadiləsinin təşkili məsələləri öz əksini tapıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol