• $
  • €
  • ₽
  • ₺
  • £

Hikmət Hacıyevdən İrana mesaj-VİDEO

Hikmət Hacıyevdən İrana mesaj-VİDEO
23.10.2021 13:21
"Qalib xalq olaraq bundan sonra da uğurla yaşayacağıq”.


Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Haber Global”a açıqlamasında deyib.


"Cənab Prezidentimizin niyyəti budur ki, ən qısa zamanda, ləyaqətli, güvənli formada məcburi köçkünlərimizin ata-baba yurdlarına qovuşması həyata keçsin”, - deyə o bildirib.


Prezident köməkçisi vurğulayıb ki, bu gün Azərbaycan minalarla çirklənmə səviyyəsinə görə dünyada bəlkə də 10 dövlətdən biridir: "Ermənistan ya bilərək, ya da bilməyərəkdən bizə dəqiq mina xəritələrini vermir.

Ona görə də hər bir yeri yenidən axtarmaq məcburiyyətində qalırıq”.

H.Hacıyev qeyd edib ki, beynəlxalq münasibətlərdə Ermənistanın hərbi cinayətlərinin unudulması istiqamətində siyasət aparılır, amma təbii ki, Azərbaycan xalqı və dövləti olaraq biz bunu unutmamışıq: "Bunlar hərbi cinayətdir və buna görə Ermənistanın hərbi rəhbərliyi məsuliyyət daşıyır. Bundan sonra da bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Hacıyev Zəngəzur dəhlizi mövzusuna da toxunub: "Üçtərəfli görüşlər hələ davam edir, müəyyən müsbət dinamika var. Amma hesab edirik ki, hələ yekun nəticədən danışmaq tezdir. Çünki hələ Ermənistan tərəfindən atılmalı olan bir sıra müsbət addımlar var”.

İranla bağlı son hadisələrə diqqət çəkən siyasətçi qeyd edib ki, Azərbaycan müstəqil, öz milli maraqları əsasında siyasətini həyata keçirən ölkədir. "Azərbaycan kiminsə təzyiqini və diktə ilə danışmasını qəbul edəcək bir ölkə deyil”, - deyə Prezidentin köməkçisi vurğulayıb.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol