AXCP üzvü həbs edildi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Binəqədi rayon təşkilatının üzvü Ramiz (Qafqaz) Cəfərov barəsində Sabunçu rayon məhkəməsində 25 sutka inzibati həbs cəzası çıxarılıb.
Bu barədə anews.az-a açıqlamasında AXCP sədri Əli Kərimlinin müavini Seymur Həzi bildirib.
Məlumata görə, fəalı bu gün səhər saatlarında evdən götürərək Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparılıb. O, 531.1 -ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi üzrə təqsirləndirilir. Partiyadan isə bildirilib ki, fəalının cəzalanmasına səbəb sosial şəbəkələrdəki fəallığıdır.
Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov bildirdi ki, hadisə araşdırılacaq.
www.anews.az
























