• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov Rusiyadan danışdı

Əli Həsənov Rusiyadan danışdı
12.05.2014 17:23

"Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibətlər xüsusi yer tutur"

"Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibətlər xüsusi yer tutur". 

Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Həştərxanda səfərdə olan Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

O qeyd edib ki, biz təkcə RF, Moskva ilə deyil, subyektlərlə də birbaşa əlaqələri dəstəkləyirik: "Onların arasında Həştərxan xüsusi yer tutur. Bizi Həştərxanla bir çox - tarixi, iqtisadi, sosial, mənəvi və mədəni əlaqələr bağlayır. Biz, həmçinin Xəzər dənizini də bölüşürük. Odur ki, Həştərxanla əlaqələrimiz müəyyən mənada RF-nin başqa subyektləri üçün nümunə ola bilər".

PA rəsmisinin sözlərinə görə, Həştərxanda keçirilən bugünkü tədbirlər bunun tam sübutudur.

Ə.Həsənov onu da bildirib ki, hazırda Bakı-Həştərxan birbaşa aviareysinin və ya Bakı-Həştərxan-Volqoqrad aviareyslərinin açılması məsələsi üzərində iş gedir.

Xatırladaq ki, Əli Həsənov Həştərxana səfəri zamanı vilayətin qubernatoru Aleksandr Jilkin ilə görüşüb. Görüşdən sonra Azərbaycanın nümayəndə heyəti və Həştəxanın vilayət rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyublar, Heydər Əliyev Fondu tərəfindən inşa edilən "Meçta" uşaq əyləncə şəhərciyinə, eləcə də Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinə baxış keçirilib. Burada Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş müsabiqə və turnirlərin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Bundan başqa, mayın 12-də Həştərxanda bu münasibətilə konsert və atəşfəşanlıq keçiriləcək.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol