• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Soçi görüşünün nəticələri barədə Ərdoğana məlumat verib

Putin Soçi görüşünün nəticələri barədə Ərdoğana məlumat verib
03.12.2021 22:05
Rəsmi Kreml Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının təfərrüatlarını açıqlayıb.

"Qafqazinfo” xəbər verir ki, Putin üçtərəfli Soçi görüşünün nəticələri barədə Ərdoğana məlumat verib: 

"Vladimir Putin Türkiyə Prezidentinin xahişi ilə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə 2020-ci il noyabrın 9-da imzalanmış Qarabağ Bəyannaməsinin  ildönümünə həsr olunmuş üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib”, - Kremlin məlumatında deyilir. 
Qeyd edilir ki, danışıqlar zamanı İrəvan və Bakının regionda sabitliyin təmin edilməsində əməkdaşlığa, eləcə də iki dövlət arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılmasına hazır olduqları təsdiqlənib.

Bundan əlavə, ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı praktiki məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Ərdoğan Rusiyanın vasitəçilik rolunun vacibliyini qeyd edərək, səylərin gələcək koordinasiyasının, o cümlədən atəşkəs rejiminə və münaqişə zonasında hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin imkanlarından istifadə edilməsinin tərəfdarı olduğunu bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol