• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ ştatında Xocalı qətliamının anılmasına dair sənəd qəbul edildi - FOTO

ABŞ ştatında Xocalı qətliamının anılmasına dair sənəd qəbul edildi - FOTO
09.05.2014 09:33
Konnektikut ştatının Hartford şəhərində Ştat Kapitoliy (State Capitol) binasında (yerli qanunverici orqanın yerləşdiyi bina) təşkil olunmuş 4-cü illik Türkü Gününün (4th Annual Turkic Day at the State Capitol) həsr olunmuş tədbir keçirilib.Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbir zamanı Konnektikut ştatı Nümayəndələr palatası spikeri müavini Kevin Rayan (Kevin Ryan) və Nümayəndələr palatasında çoxluğun lideri Co Aresimoviç (House majority leader Joe Aresimowicz) Xocalı qətliamının 22-ci ildönümünün anılması haqqında onların təşəbbüsü ilə Konektikut Ştatı Nümayəndələr Palatası tərəfindən qəbul olunmuş sənədi tədbirdə iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbova təqdim ediblər. Bundan sonra çıxış edən Azərbaycanlı diplomat Konnektikut ştatı qanunverici orqanın nümayəndələrinə Azərbaycan xalqı tarixinin faciəli səhifəsi olan Xocalı qətliamının unudulmamasına görə təşəkkürünü bildirib. Azərbaycan ərazilərinin hələ də işğal altında olduğunu qeyd edən diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionda sülh və sabitliyə ən böyük təhlükə olaraq qaldığını vurğulayıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında tezliklə həll edilməsində ABŞ-ın daha fəal olmasının zəruri olduğunu bildirib. Tədbirdə həmçinin Konnektikut ştatının ədliyyə naziri Corc Cepsen (George Jepsen) və Nümayəndələr palatası üzvləri iştirak edib. Bundan sonra Azərbaycan təmsilçisi Nümayəndələr palatasının plenar iclası zamanı rəsmi olaraq salamlandı və Nümayəndələr palatasının spikeri Brendan Şarki (Brendan Sharkey) ilə qısa görüş keçirdi. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol