• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya sülhməramlıları Qarabağda təhlükəsizliyi təmin edib

Rusiya sülhməramlıları Qarabağda təhlükəsizliyi təmin edib
15.12.2021 12:58
Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Xocavənd rayonunda kənd təsərrüfatı işi görən işçilərin təhlükəsizliyini təmin ediblər, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
Həftə ərzində Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının köməyi ilə işçilər Xocavənd rayonunda 40 hektardan çox əkin sahəsinə müxtəlif sort toxumlar səpiblər.
 
Qarabağın ucqar ərazilərində təhlükəsizliyin təmin edilməsi üzrə tapşırıqların yerinə yetirilməsi üçün qrafik tərtib edilir ki, ona əsasən, Rusiya sülhməramlı kontingentinin Xankəndi şəhərində ictimai qəbulu vasitəsilə sülhməramlılar tərəfindən daxil olan müraciətlər işlənir.
 
"Humanitar Cavab Mərkəzi Xocavənd rayonunda kənd təsərrüfatı işlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür. Kənd təsərrüfatı təyinatlı torpaqlar tərəflərin demarkasiya xəttinə yaxın yerləşdiyi üçün rayon rəhbərliyi işin təhlükəsizliyini təmin etmək üçün Rusiya sülhməramlı kontingentinin komandanlığından xahiş edib. Hazırda 40 hektar ərazi işlənilib", - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Sergey Qapeyev bildirib.
 
Rusiya Humanitar Cavab Mərkəzinin mütəxəssisləri kənd təsərrüfatı, mühəndislik və profilaktik işlər zamanı, eləcə də zəvvarların Dağlıq Qarabağda demarkasiya xəttinə yaxın yerləşən monastır komplekslərini ziyarət edərkən mülki şəxslər də daxil olmaqla, regionda təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif tapşırıqları yerinə yetirirlər. 
 
"Biz Rusiya sülhməramlılarına kömək etdiklərinə, bizi qoruduqlarına, işimizi görməyə kömək etdiklərinə görə, çox minnətdarıq. Biz yaxşı gələcək gözləyirik", - bunu Rusiya sülhməramlılarının müvəqqəti yerləşildiyi Azərbaycan Respublikasının ərazisi olan Xocavənd rayonu sakini traktorçu Erik Gevorqyan deyib.
 
Rusiya Federasiyası, Azərbaycan və Ermənistan rəhbərlərinın imzaladığı birgə bəyanata əsasən Qarabağ ərazisində 10 noyabr 2020 -ci il Moskva vaxtı ilə saat 00:00-dan etibarən tam atəşkəs elan edilib və Dağlıq Qarabağdakı bütün hərbi əməliyyatlar dayandırılıb.

Dağlıq Qarabağda atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti bu ərazidə yerləşdirilib.

Fehruz Rza
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol