• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılara Rusiya pasportlarının verilməsi proseduru açıqlandı

Azərbaycanlılara Rusiya pasportlarının verilməsi proseduru açıqlandı
08.05.2014 16:59
“Azərbaycan vətəndaşlarına Rusiya pasportlarının verilməsi məsələsi iki dövlət arasında müzakirə olunur”. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov deyib. Onun sözlərinə görə, bu proses hər iki ölkənin qanunvericiliyi çərçivəsində baş verməlidir: “Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığına o halda qəbul oluna bilər ki, o, Azərbaycan vətəndaşlığından imtina etsin. Bu, qəbul edilən formadır. Lakin elə hallar da olur ki, şəxs Azərbaycan vətəndaşlığından çıxmadan Rusiya vətəndaşlığına qəbul olunur. Bu zaman həmin adamın ikili vətəndaşlığı olur. Bu isə həm Rusiya Federasiyası, həm də Azərbaycan qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Təəssüflər olsun ki, belə hallar bu gün mövcuddur”. İ. Umaxanov bildirib ki, keçmiş Sovetlər İttifaqı ərazisində doğulmuş insanlar üçün Rusiya vətəndaşlığını alma prosedurunun sadələşdirməsi haqqında qanunun qəbulunun daha çox Ukraynada baş verən hadisələrlə bağlı olduğunu anlamaq lazımdır: “Qanunun qəbulunda başlıca motivasiya bu idi. Ona görə də əsas məsələ qanunun özü deyil, qanun praktikada həyata keçirilməsidir. Hesab edirəm ki, qanun analiz olunmalı və  lazım olduğu təqdirdə bütün prosedurları tənzimləyəcək müvafiq qanuni aktlar qəbul olunmalıdır. Hazırda müəyyən problemlər var və bunlar müzakirə olunur”.       ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol